“Körpəm məni görəndə qorxur” – Bədəninin 85 faizi yanan ananın FƏRYADI - - VİDEO/FOTO
Bizi izləyin

Sosial

“Körpəm məni görəndə qorxur” – Bədəninin 85 faizi yanan ananın FƏRYADI - - VİDEO/FOTO

ARB TV-nin “Sirdaş Rövşanə” proqramına bu dəfə 3 uşaq anası, bədəninin 85 %-i yanan qadının ailəsi müraciət edib.

Proqramın çəkiliş komandası qadının evində olub və o, xəstəxanada müalicə almaq üçün yardım istəyib:

“3 övladım var. Azyaşlı körpəmin ürəyində deşik var. Ona qovuşmaq istəyirəm. Qucağıma ala bilmədiyim üçün əzab çəkirəm. Digərləri özləri yaxınlaşır, amma bu körpədir. Mənə yaxınlaşır və qorxur gedir. Çox xahiş edirəm ki, mənə yardım etsinlər ki, xəstəxanada yataraq müalicə alım. Bacıdan, qardaşdan asılı olmaq istəmirəm. Utanıram, əzab çəkirəm. 10 dəqiqə otururam. Bədənim elə bil qaralır. Sanki istiotu yaraya səpirsən. Başım gicəllənir və qışqırıram. Ayağa duranda yaralarımdan qan açılır.”.

Qadına yardım edən bacısı Aynurə xanım bildirib ki, hadisə ehtiyatsızlıqdan baş verib:

“Fevral ayının 15-i ehtiyyatsızlıqdan qaz alov tutub yanıb. Bədəninin 85 %-i yanıb. Şok keçirib, üşütmələr baş verib. Yaraları iylənmişdi, sarğılar yaralara girmişdi. Gecə səhərə qədər yatmır”.

Daha sonra efirə qonaq çağrılan Aynurə xanım hadisənin necə baş verdiyini proqramda danışıb:

“Evə qaz sızıb, bilməyib. Qızı yanğını söndürüb. O da bilməyib soyuq su əvəzinə isti su töküb. Psixoloji çox problemləri yaranıb. Özü dirəndi ki, balalarımı görmək istəyirəm. 1 günlük icazə verdilər. Daha sonra həkimlər dedi ki, sən 1 gün evdə çox yaxşı olmusan, elə evdə yat müalicə al. Evə də gəlib daha da pisləşdi”.

Ekspert qismində əyləşən plastik cərrah Mirəzim Zaidov bildirib ki, xəstənin vəziyyəti olduqca ağırdır:

“Övladlarını görmək istəyib və həkim məcburən onu saxlaya bilməz. Sadəcə olaraq elə vəziyyətdə uşaqlarını görmək düzgün deyil. Hal-hazırda vəziyyəti ağırdır. Fəsadı odur ki, ölə bilər. Xəstənin qərarına qalsa gərək xəstəni itirəsən. Doğru müalicə getmir. Mütləq xəstəxanaya yerləşdirilməlidir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm