• USD 1,7000 0,00% EUR 1,8914 -0,07%
    • GBP 2,1218 +0,81% RUB 0,0247 +2,02%

Sabah ASAN Xidmətə GETMƏYİN!

Sabah ASAN Xidmətə GETMƏYİN!

Aprelin 11-də “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində qeyri-iş günü olacaq.

Bu barədə Publika.az-a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsinin müdiri Anar Hüseynov məlumat verib.

Onun sözlərinə görə, 11 aprel Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində qeyri-iş günü olacaq.

Qeyd edək ki, vətəndaşlar “ASAN xidmət” mərkəzlərinə müraciət edərək yalnız şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi xidmətindən yararlana bilərlər.

12 aprel tarixindən etibarən isə mərkəzlərdə bütün xidmətlər göstəriləcək.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR