Sosial
Balakəndə çaylar daşdı, istixanalar dağıldı
Balakən rayonunda Katex və Dəliçay çayları məcrasından çıxıb.
Publika.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Balakən rayon İcra Hakimiyyəti başçısının müavini Mehbarə Nuriyeva məlumat verib.
İcra başçısının müavini bildirib ki, hər iki çayda daşqınlar dağlıq ərazilərdə yağıntının miqdarının həddindən artıq olması nəticəsində baş verib: "Aprelin 15-də dağlara güclü yağış yağıb. Nəticədə hər iki çay daşıb və ətraf kəndləri su basıb. Katex və Mahamalar kəndində həyətyanı sahələri, istixanaları su basıb. Bəzi həyətlərdə istixanalarda şitillər məhv olub. Bəzilərinin tütün sahələrini su basıb. Dərhal Fövqəladə Hallar Komissiyasının əməkdaşları hadisə yerində olub və ərazilər təmizlənib. Hazırda həyətyanı sahələrdə su yoxdur".
M.Nuriyeva bildirib ki, hadisə nəticəsində həmin kəndlərə elektrik enerjisinin verilişində yaranan problem aradan qaldırılıb, kəndlər fasiləsiz enerji ilə təmin edilib.
-
Yaxın Şərq09:12
İsrail İranı vurdu: görün neft bahalaşaraq neçəyə oldu
-
Hadisə08:07
Qızı ilə Kürdə batan atanın meyiti TAPILDI
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda AİLƏ FACİƏSİ: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu