• USD 1,7000 0,00% EUR 1,9828 0,00%
    • GBP 2,2148 0,00% RUB 0,0267 0,00%

Hərbi vəziyyətlə bağlı qanuna dəyişiklik edilir - VİDEO

  • Sosial
  • 18 Aprel 2018 00:00
  • 794 Baxış
Hərbi vəziyyətlə bağlı qanuna dəyişiklik edilir - VİDEO

Azərbaycanda hərbi vəziyyət şəraitində KİV-lə bağlı qaydalarda dəyişiklik edilir.

Axar.az xəbər verir ki, bununla bağlı Milli Məclisin Mədəniyyət Komitəsinin bu gün keçirilən iclasında “Kütləvi informasiya vasitələri haqqında” qanuna əlavə müzakirəyə çıxarılıb.

Milli Məclisin Mədəniyyət Komitəsinin üzvü Əflatun Amaşov qanuna əlavəni Real TV-yə şərh edərkən bildirib ki, hərbi vəziyyət dövründə, habelə hərbi vəziyyət tətbiq edilən ərazidə kütləvi informasiya vasitələrınə xüsusi fəaliyyət rejimi tətbiq oluna bilər.

Əflatun Amaşov zərurət yarandığı təqdirdə ərazidə kütləvi informasiya vasitələrinin nəzarət məsələsinə də aydınlıq gətirib. Komitə üzvünün sözlərinə görə, bununla bağlı artıq məsələ müzakirə də edilib.

Gündəlik Teleqraf MMC-nin rəhbəri Aynur Camalıqızı isə deyir ki, qanuna əlavəni çox adam klassik senzura kimi başa düşür. Əslində isə belə deyil. Bu gün dünyanın bütün sivil ölkələrində bu qanun var. Qanuna əlavə təhlükəsiziliyin təmin edilməsi istiqamətində atılmış addımdır.

Bloger Həmid Həmidov isə deyir ki, ilk növbədə Müdafiə Nazirliyi bütün bloger və digər bu sahə üzrə işləyən şəxsləri marifləndirməlidir. Əks təqdirdə hər hansısa bir informasiya internet vasitəsi ilə yayıla bilər.

Aprel döyüşlərində bəzi kütləvi informasiya vasitələrinin yaydığı dezinoformasiyalar bir daha sübüt etdi ki, müharibə şəraitində mütləq senzura tədbiq edilməlidir.

Bunu isə APA holdinqin rəhbəri Vüsalə Mahirqızı deyib. Onun sözlərinə görə, nəzarət olmasa, yayılan informasiyalar istər hərbi sirlərin, istərsə də təhlükəsizlik prinsiplərinin təxribat xarakterinə çevrilməsinə səbəb ola bilər.

Qeyd edək ki, Milli Məclis komitəsində müzakirəyə çıxarılan KİV haqqında Qanuna əlavənin müzakirəsi parlamentin plenar iclasına tövsiyə olunub.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>