“Atena” şirkətinin 250-dən çox işçisi etiraz aksiyası keçirdi - - FOTOLAR
Bizi izləyin

Sosial

“Atena” şirkətinin 250-dən çox işçisi etiraz aksiyası keçirdi - - FOTOLAR

Süd və süd məhsulları istehsalçısı “Atena” şirkətinin işdən çıxarılan 250 nəfərdən çox işçisi etiraz aksiyası keçirib.

APA-nın xəbərinə görə, işdən çıxarılan işçilər aprelin 22-də şirkətin Ağcabədi rayon ərazisində yerləşən ofisi qarşısına toplaşaraq narazılıqlarına hüquqi qiymət verilməsini tələb ediblər.

“Atena” şirkətinin səhmdarlarından biri Arif Rəsulov açıqlamasında bildirib ki, xüsusilə satış və mühafizə işində çalışan işçilər işdən azad edilib. Onun sözlərinə görə, zavodun istehsal edilən süd və süd məhsulları başqa firmaya ünvanlanıb: “İşçilər xəbərdarlıq edilmədən işindən azad edilib. Biz təklif vermişik ki, Müşahidə Şurası verdiyi qərarı dondursun. Əgər verilən qərar qüvvədə qalsa, bütün işçilər öz işini itirəcək”.

Aksiya iki saat davam edib. Tərəflərin müvəqqəti razılaşmasına görə, işsiz qalan işçilərə 24 saat ərzində cavab veriləcəyi bildirilib. Bundan sonra etirazçılar zavodu tərk ediblər.

“Atena” –nın Direktorlar Şurasının sədri Qəmbər Sübhanverdiyev açıqlamasında aksiyanı yersiz hesab etdiyini bildirib: “Burda heç kim işdən çıxarılmayıb. Sadəcə şirkət xərclərin optimallaşdırılması üçün xərclərin bir hissəsini başqa şirkətə yönləndirib. Onlar bizim əməkdaşlarımızdır. Əmək qanunvericiliyinə görə, belə bir hal olsa, əmək qanunlarına əməl olunacaq. Biz belə qərar verdik ki, yenidən toplanaq və bir qərar verək”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm