"İlin qaçqını" məlum oldu
Bizi izləyin

Sosial

"İlin qaçqını" məlum oldu

“Suomen Pakolaisapu” (“Qaçqınlara yardım”) təşkilatı Vantaadan Sirva Fariki və Kaarina şəhərində yaşayan Əhməd Hosseyni “İlin qaçqını” elan edib.

Publika.az xəbər verir ki, mükafatların təqdim edilməsi mərasimi aprelin 24-də Helsinkidə keçirilib.

"Suomen Pakolaisapu” təşkilatının yaydığı məlumata görə, “İlin qaçqını” mükafatını alanlar bu ölkədə özlərinin adaptasiyası baxımından böyük iş görməklə yanaşı, çoxlu sayda yeni miqrantlara Finlandiyada yardım və dəstək tapmaları üçün də çalışıblar.

“Suomen Pakolaisapu” təşkilatı 1998-ci ildən etibarən qaçqın qadınlar, üç il əvvəl isə kişilər üçün mükafatlar təsis edib (AZƏRTAC).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm