Nazirliyin aparat rəhbəri işdən çıxarıldı? - RƏSMİ
Bizi izləyin

Sosial

Nazirliyin aparat rəhbəri işdən çıxarıldı? - RƏSMİ

Bu gün bəzi KİV-lərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbəri Əjdər Cəbiyevin vəzifəsindən kənarlaşdırılması ilə bağlı xəbərlər yayılıb.

Məlumatı dəqiqləşdirmək üçün nazirliklə əlaqə saxladıq.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a verilən məlumata görə, yayılan xəbərlər əsassızdır. Bildirdilər ki, heç kim vəzifəsindən azad olunmayıb və hər kəs öz işinin başında vəzifə səlahiyyətlərini icra etməyə davam edir.

Qeyd edək ki, bir neçə gün öncə prezidentin sərəncamı ilə Sahil Babayev əmək və əhalinin sosial müdafiəsi naziri təyin olunub. Ona qədər bu vəzifəni Səlim Müslümov icra edirdi.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm