Sosial
Gömrük nəzarəti zamanı bu halda videoçəkiliş QADAĞAN EDİLDİ
Azərbaycanda gömrük nəzarəti həyata keçirilərkən şəxsin
soyundurulması zərurəti yarandığı halda videoçəkilişdən istifadəyə
yol verilməyəcək.
Publika.az xəbər verir ki, bu, Dövlət Gömrük Komitəsi
Kollegiyasının təsdiq etdiyi və bu aydan qüvvəyə minən “Şəxsi
yoxlama aparılması haqqında” Protokolun forması”na edilən
dəyişikliklərdə əksini tapıb.
Protokola əsasən, indiyə qədər şəxsi yoxlama sanitar-gigiyenik
tələblərə cavab verən təcrid olunmuş yerdə, iki həmcins
hal-şahidinin iştirakı ilə eyni cinsdən olan gömrük əməkdaşı
tərəfindən aparılmalı idi. Dəyişikliyə görə, bundan sonra şəxsi
yoxlama sanitar-gigiyenik tələblərə cavab verən təcrid olunmuş
yerdə aparılmalıdır və şəxsi yoxlama həyata keçirilərkən, həmçinin
mallar və ya sənədlər götürülərkən videoçəkilişdən istifadə
edilmədikdə, işin nəticəsində maraqlı olmayan və yetkinlik yaşına
çatmış azı 2 hal şahidinin iştirakı məcburidir. Şəxsi yoxlama və
götürmə zamanı şəxsin soyundurulması zərurəti yarandığı halda
videoçəkilişdən istifadəyə yol verilmir. Bu halda şəxsi yoxlama və
götürmə barəsində müvafiq hərəkət aparılan şəxslə eyni cinsdən olan
şəxslərin iştirakı ilə aparılır.
Qeyd edək ki, protokola əsasən, bundan sonra da əşyaları yoxlama
iki nəfər hal şahidinin iştirakı ilə aparılacaq. Başqa fiziki
şəxslərin bu yerlərə daxil olmasına və şəxsi yoxlama aparılmasını
müşahidə etməsinə yol verilmir. Şəxsin bədən üzvlərini yalnız tibb
işçisi yoxlamalıdır. Yoxlanılan şəxslər protokolu imzalamaqdan
imtina etdikdə, bu barədə müvafiq qeydiyyat aparılır. Protokol bir
neçə səhifədə tərtib edildikdə, onun hər bir vərəqi iştirakçılar
tərəfindən imzalanır.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!