Kənd Təsərrüfatı Nazirliyi işçi axtarır
Bizi izləyin

Sosial

Kənd Təsərrüfatı Nazirliyi işçi axtarır

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti Respublika Bitki Mühafizəsi Mərkəzinin Aparatında və yerli qurumlarında vakant olan müfəttiş və aqronom vəzifələrinin tutulması üçün müsahibə elan edir.

Dövlət Fitosanitar Nəzarəti Xidmətinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, vakant vəzifələri tutmaq üçün namizədlərin müvafiq sahə üzrə ali ixtisas təhsili (bitki mühafizəsi, aqronomluq, biologiya), zərərverici və xəstəliklərin inkişaf fenologiyası, entomofaqları, mübarizə üsulları, bitki mühafizə vasitələri, avadanlıq və cihazlardan istifadə qaydaları və onların iş prinsipini və bitki mühafizəsi sahəsində qabaqcıl təcrübə və mütərəqqi metodlardan düzgün və səmərəli istifadə etmək qaydalarını bilmələri tələb edilir.

Bununla yanaşı kompüter və dil bilikləri olan namizədlərə üstünlük verilir.

Bitki mühafizəsi mərkəzlərində vakant vəzifələrin tutulaması məqsədi ilə müsahibədə iştirak etmək istəyən şəxslər Bakı şəhəri, Nərimanov rayonu, N. Nərimanov küçəsi, 7a, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinə müraciət edə bilərlə. Müraciətlər elektron qaydada da göndərilə bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm