Taxıl sahələrində sarı pas xəstəliyi yayılıb
Bizi izləyin

Sosial

Taxıl sahələrində sarı pas xəstəliyi yayılıb

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Şəki Rayon Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri Şəki-Zaqatala bölgəsinə məxsus 16450 hektar payızlıq taxıl əkini sahələrində fitosanitar monitorinq həyata keçiriblər.

Dövlət Fitosanitar Nəzarəti Xidmətindən Publika.az-a verilən məlumata görə, monitorinqlər nəticəsində 12700 hektar sahənin sarı pas xəstəliyi ilə sirayətləndiyi müəyyən olunub.

Götürülən buğda bitkisi nümunələri Dövlət Xidmətinin Respublika Karantin Ekspertiza Mərkəsinin laboratoriyalarına təqdim edilib. Müayinələr zamanı bitkilərin üzərində olan xəstəliyin Sarı pas (Piccinia Striiformis West) xəstəliyi olduğu aşkar edilib.

Monitorinqlər zamanı müəyyən olunub ki, aprel ayının II ongünlüyündə havanın temperaturunun orta aylıq normadan aşağı olması və yağmurlar nəticəsində nisbi rütubətin 80-85% olması, buğda sahələrində sarı pas xəstəliyinin (Piccinia Striiformis West) inkişaf etməsinə səbəb olub.

Şəki Rayon Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən həyata keçirilən maarifləndirmə tədbirləri nəticəsində torpaq sahibləri və fermerlər öz vəsaitləri hesabına adıçəkilən xəstəliyə qarşı tilt (0,5 l/ha), alto super (0,4 l/ha), reks duo (0,4 l/ha), propivar (0,5 l/ha), oblate (0,6 l/ha), komore 300 (0,4 l/ha) fungisidlərindən istifadə etməklə kimyəvi mübarizə tədbirlərinə başlayıblar. Qeyd edək ki, bu günə qədər 4850 hektar sahədə kimyəvi mübarizə tədbirləri aparılıb. Hazırda mübarizə tədbirləri davam etdirilir.

2013-2016-cı illərdə Şəki-Zaqatala bölgəsində aparılmış tədqiqatlarla müəyyən olunub ki, sarı pasın törədicisinin böyümə və inkişafı üçün 13,80C temperatur və 85,0% nisbi rütubət optimal hesab olunur. Uredi­nosporlar 00C temperaturda belə cücərə bilirlər. 200C-dən yuxarı temperaturda göbələyin inkişafı zəifləyir. Bu bölgədə aprel və may aylarında, temperatur gündüzlər 18-230C olmasına baxmayaraq, ge­cələr 130C-yə, yaxud ondan da aşağı düşməsi göbələyin inki­şafını zəiflədə bilmir. Respublikamızın təbii-iqlim şəraiti sarı pasın erkən yazdan, hətta payızdan inkişaf etməsi üçün əlverişli hesab olunur.

Xəstəliyə qarşı mübarizə üsullarına gəldikdə yüksək aqrotexniki, aralıq sahib bitkilərinin məhv edil­məsi, davamlı sortlardan istifadə və növbəli əkinə əməl edilməsi vacibdir. Sarı pas xəstəliyinə qarşı kimyəvi mübarizə tədbirləri xəstəliyin ilkin simptomları müşahidə edildikdə, yəni boruyaçıxma mərhələsində aparılmalıdır. Kimyəvi mübarizədə alto super (0,5 l/ha), reks duo (0,5 l/ha və 1,0 l/ha), tilt (0,5 l/ha), impakt (0,4 l/ha), propivar (0,5 l/ha), oblate (0,6 l/ha), komore 300 (0,4 l/ha), kükürd tərkibli tiovit-djet (8 kq/ha) fungisidlərindən biri ilə çiləmələr aparılmalıdır. Kimyəvi mübarizədə işçi məhlul 300 litr su götürülməlidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm