ZARA-da BİABIRÇILIQ: alıcılar tələyə NECƏ SALINIR?
Bizi izləyin

Sosial

ZARA-da BİABIRÇILIQ: alıcılar tələyə NECƏ SALINIR?

“Gənclik Mall” ticarət mərkəzindəki ZARA mağazasından aldığım parfuma görə məndən artıq pul alınıb. Üstəlik, satılan mal saxta və ya işlənib".

Publika.az xəbər verir ki, parfum aldığı mağazada hüquqlarının pozulduğunu iddia edən istehlakçı Aida Rəhmanova Azad İstehlakçılar İctimai Birliyinə müraciət edib.

Alıcı bildirir ki, mayın 10-da Nərimanov rayonu F.X.Xoyski prospekti, ev 830-835 ünvanında yerləşən “GƏNCLİK MALL” ticarət mərkəzinin ZARA mağazasından “Retail GROUP AZ MMC” nin nəzarətində olan “Parfum Wood boards Studioin Melbourne” alıb.

“Parfuma görə 39 manat ödədim. Parfumun üzərində qiymət AVRO ilə göstərilib, qiyməti 12.95 € idi. Bu qanunlarımıza ziddir və məndən artıq pul alınıb. Seçdiyim parfumun görkəmi açılmamış olsa da, qoxusu kənara vururdu və qapağı da oynayırdı, açılmışa bənzəyirdi. Parfum torbaya yerləşdirilmişdi və torbanın ağzı açıq idi. Pulu ödədikdən sonra satıcı Nərmindən və ZARA-nın menecerindən xahiş etdim ki, mənə təzə və açılmamış parfum versinlər. Məni inandırıb parfumu kağız torbaya qoyub verdilər. Evdə həmin kağız torbadan çıxarıb, parfumun xaricinə baxanda ətrafa qoxu verdiyini hiss etdim. Torbanı açmadan qapağının tərpəndiyini gördüm. Qərara gəldim ki, ya mənə saxta mal veriblər, ya da istifadə olunmuş. Parfumun etiketində onun buraxılma və son istifadə müddəti göstərilməyib. Bu, bir daha onun şübhəli mal olduğu nəticəsinə gətirir. Həmin gün iki saatdan sonra dükana qayıtdım və mala toxunmadığımı bildirdim. İradlarımı bildirib malın ya dəyişdirilməsini ya da qaytarılmasını xahiş etdim. Xahişimi qəbul etmədilər. RETAİL GROUP tərəfindən mənim istehlakçı hüququm əvvəlki illərdə də pozulub. Baş ofisə də getmişəm və “hara istəyirsən get cavabını almışam”. Sonuncu məsələ ilə bağlı səhərisi gün Nərgiz Mall-ın binasında yerləşən qrupun şirkətinə gedərək şikayət etdim. Məni Vüqar adlı bir şəxs qarşıladı. Mala baxmadan məni bir az dinləyib “get, hara istəyirsən şikayət et” cavabını verdi. Bilirəm ki, parfumeriya malları dəyişdirilmir, lakin ZARA-dan mənə şübhəli, işlənmiş və ya saxta mal satılıb. Parfum qaytarılsın və mənim ödədiyim 39 AZN geri qaytarılsın”.

A.Rəhmanovanın bu şikayəti ilə əlaqədar olaraq mağazanın telefonlarına dəfələrlə zəng etsək də, cavab verilmədi.

Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov Publika.az-a açıqlamasında bildirib ki, ZARA şikayətləri danışıq yolu ilə həll etməkdən yayınır.

“Ofisin telefonlarına çox çətinliklə cavab verirlər. Dəfələrlə zəng edəndən sonra, İqtisadiyyat Nazirliyi yanında fəaliyyətini dayandırmış Antiinshar siyasəti və istehlakçıların hüquqlarının müdafiəsi Dövlət Xidmətinə müraciət etməyi məsləhət gördülər. İllərdir ki, bizim bu mağaza ilə problemlərimiz olur. İstehlakçılar tərəfindən hüquqlarının pozulması ilə bağlı müraciətləri mağaza danışıq yolu ilə həll etmək istəmir. Hər dəfə bizi Antiinshar siyasəti və istehlakçıların hüquqlarının müdafiəsi Dövlət Xidmətinə yönləndirirlər. Bəzi mağazalarda da oxşar cavabla qarşılaşırıq. Bu, o deməkdir ki, İqtisadiyyat Nazirliyi yanında ləğv edilən həmin xidmət bəzi mağazaların arxasında durub. Xidmətə müraciət etməyənin pulu geri qaytarılmır. Lakin bununla yanaşı məhsulun üzərində qiymətin avro ilə göstərilməsi, onun manatla ifadəsindən daha baha satılması ilə bağlı Vergilər Nazirliyinə də müraciət etməyi düşünürəm”.

E.Hüseynov bildirib ki, artıq qadının ödədiyi pul mağaza tərəfindən geri qaytarılıb.

"Lakin bir faktla məsələ düzəlmir. İstehlakçı Azad İstehlakçılar Birliyinə müraciət etdiyini deyəndən sonra məsələ həllini tapıb. Bu cür hüquqları pozulanlar az deyil. Bizim məqsədimiz odur ki, onların istehlakçıların şikayət edəcəyi qaynar xətti yaradılsın, telefonlara cavab verilsin. Heç bir alıcının hüquqları pozulmasın".

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm