Sağlamlığa zərərli olan məhsullar Azərbaycana gətirilib? – RƏSMİ AÇIQLAMA
Bizi izləyin

Sosial

Sağlamlığa zərərli olan məhsullar Azərbaycana gətirilib? – RƏSMİ AÇIQLAMA

“Türkiyədən insan sağlamlığı üçün yararsız hesab edilən qidalar Azərbaycana idxal edilməyib”.

Publika.az-ın məlumatına görə, bu sözləri Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bununla bağlı yerli qurumlar tərəfindən də araşdırma aparılıb:

“Türkiyənin Qida, Əkinçilik və Heyvandarlıq Nazirliyinin rəsmi internet səhifəsində həmin məhsullar sərgilənmişdi. Bildirilmişdi ki, həmin məhsullar insan qidası üçün yararsız olduğuna görə onların Türkiyədən ixracı qadağan edilib. Azərbaycandakı müvafiq qurumlarla əlaqə saxladıq. Dövlət Gömrük Komitəsi və Səhiyyə Nazirliyindən bizə daxil olan məlumata əsasən idxal prosesində həmin məhsulların heç biri aşkarlanmayıb. Buna baxmayaraq, bizim tərəfimizdən ticarət şəbəkələrində də monitorinq aparıldı. Azərbaycan ticarət şəbəkələrində həmin məhsulların satışı qeydə alınmadı”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm