Sosial
DMX ilə "ASAN Xidmət" arasında Memorandum imzalandı
Mayın 17-də əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınmasının “ASAN xidmət” mərkəzlərində həyata keçirilməsi ilə əlaqədar Dövlət Miqrasiya Xidməti ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb.
Publika.az xəbər verir ki, Memorandumu Dövlət
Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov və Azərbaycan
Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial
İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev
imzalayıblar.
Artıq əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə
qeydiyyatı Dövlət Miqrasiya Xidmətinin (DMX) regional miqrasiya
idarələri ilə paralel olaraq Bakı və Sumqayıt şəhərlərində
fəaliyyət göstərən “ASAN xidmət” mərkəzlərində də həyata
keçiriləcək.
Memoranduma əsasən, Dövlət Miqrasiya Xidməti ölkədə 10 gündən artıq
müvəqqəti olan əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin
olduğu yer üzrə qeydiyyata alınması ilə bağlı müraciətlərin “ASAN
xidmət” mərkəzlərində qəbulunun həyata keçirilməsini təmin etmək,
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi
isə nəzərdə tutulan xidmətin innovasiyaların tətbiqi və yüksək
standartlar əsasında həyata keçirilməsi üçün əlverişli şərait
yaratmaq öhdəliyini götürüblər.
Bununla olduğu yer üzrə qeydiyyat prosesində şəffaflıq, rahatlıq
təmin ediləcək, mümkün növbələrin qarşısı alınacaq, xidmətdən
istifadə məmnunluğu artacaq və şəxslərin müraciət imkanları
genişlənəcəkdir. Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlara Xidmət və
Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə əməkdaşlığı
çərçivəsində əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin olduğu yer
üzrə qeydiyyatı “ASAN xidmət” mərkəzlərində rəhbər tutulan
fəaliyyət prinsipləri və şəffaflıq standartlarına uyğun
aparılacaqdır.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə
qeydiyyata alınması üçün dövlət rüsumu ödənilmir.
Olduğu yer üzrə qeydiyyatla bağlı tələb olunan sənədlər
aşağıdakılardır:
ərizə-anket;
əcnəbinin və vətəndaşlığı olmayan şəxsin pasportunun (digər
sərhədkeçmə sənədinin) surəti (viza səhifəsi və ölkəyə son girişi
göstərilmiş səhifələr daxil olmaqla);
Qeyd edək ki, ölkə ərazisində olduğu yer üzrə qeydiyyata birbaşa
müraciətlə yanaşı, həmçinin DMX-nin rəsmi saytı (migration.gov.az),
elektron hökumət portalı (www.e-gov.az) və elektron poçt
([email protected]) vasitəsilə elektron qaydada da düşmək
olar.
Miqrasiya Məcəlləsinin 21-ci maddəsinə əsasən, Azərbaycan
Respublikasında 10 gündən artıq qalmaq istəyən əcnəbilər və
vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata
alınmalıdırlar. Bunun üçün əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin
qaldığı yerin müdiriyyəti və ya yaşayış sahəsinin sahibi əcnəbinin
ölkəyə gəldiyi vaxtdan 10 gün ərzində olduğu yer üzrə qeydiyyata
alınmasını təmin etməlidir.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər özləri də olduğu yer üzrə
qeydiyyata alınma üçün müraciət edə bilərlər.
-
Magazin123:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin120:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil20:40
Buraxılış imtahanının nəticələri açıqlandı