Gözdən əlil uşaqlar üçün konsert keçirildi - FOTO
Bizi izləyin

Sosial

Gözdən əlil uşaqlar üçün konsert keçirildi - FOTO

Gözdən əlil uşaqlar üçün 38 nömrəli musiqi məktəbi “28 May - Respublika Günü”nə həsr olunmuş hesabat konserti keçirilib.

Öncə məktəbin müəllimi Məlikova Günel giriş sözü ilə çıxış edərək gözdən əlil uşaqlar üçün 38 nömrəli musiqi məktəbinin 2017-2018-ci tədris ilini uğurla başa vurmasından, bu musiqi ocağının istedadlı şagirdlərinin bir çox Respublika və Beynəlxalq Müsabiqələrdə istirakından, uğur və nailiyyətlərdən danışıb.

Konsertdə məktəbin istedadlı şagirdləri rəngarəng nömrələrlə çıxış ediblər.

Sonra Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Vuqar Zeynalov məktəbin müəllim və şagirdlərini təbrik edib, onlara gələcək fəaliyyətlərinə uğurlar arzulayıb və kollektivin ən fəal üzvlərini Fəxri Fərmanlarla təltif edib.

Qeyd edək ki, gözdən əlil uşaqlar üçün 38 nömrəli 11- illik musiqi məktəbi 1980-ci ildən fəaliyyət göstərir. Hazırda məktəbdə 191 şagird müxtəlif ixtisaslar üzrə musiqi təhsili alır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm