Sosial
Azərbaycanda işsizlərə pul veriləcək
Bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında yeni hazırlanan “Məşğulluq haqqında” qanun layihəsi (ikinci oxunuş) müzakirə olunub.
Layihə barədə komitə sədri Hadi Rəcəbli məlumat verib. O,
bildirib ki, qanun layihəsi 6 fəsil, 37 maddən ibarətdir.
Yeni sənəddə işaxtaran və işsiz şəxslərin müvafiq icra hakimiyyəti
orqanında qeydiyyata alınması qaydası tamamilə yenidən müəyyən
edilib. Qeydiyyata alınma prosedurunun elektron qeydiyyat üzərində
həyata keçirilməsi nəzərdə tutulur.İlk dəfə olaraq işaxtaran və
işsiz şəxslərə əvvəlcə vakansiya bankından münasib işin onlar
tərəfindən seçilməsi hüququ verilir. Onlar bu hüquqdan istifadə
etmədikdə isə sistem tərəfindən bu edilir. Münasib iş təklifi üzrə
müddət isə 11 gündən 5 günə endirilir.
Layihəyə aktiv məşğulluq tədbirlərindən biri hesab olunan və
hazırda tətbiqinə önəm verilən özünə məşğulluğa dair yeni maddə
daxil edilib. Çünki hazırda qanunda bu tədbiri tənzimləyən müvafiq
maddə yoxdur. Yeni maddə ilə özünə məşğulluq tədbirlərinin
mərhələləri və müddətləri monitorinq, əmlakların qaytarılması və s.
prosedurlar müəyyən edilib. Layihəyə əsasən, mülkiyyətində kənd
təsərrüfatına yararlı torpaq payı olub digər məşğulluğu olmayan
şəxslər də, müvafiq şəxslərin ümumi sayının 50 faizindən çox
olmamaq şərtilə, özünəməşğulluğa cəlb edilirlər.
İşsiz şəxslərin özünəməşğulluğunun təşkili zamanı ünvanlı dövlət
sosial yardımı alan şəxslərə, əlillərə və sağlamlıq imkanları
məhdud 18 yaşınadək uşaqlara, bir ildən artıq işsiz kimi
qeydiyyatda olanlara, pensiya yaşına iki ildən az qalan şəxslərə,
cəzaçəkmə yerlərindən azad edilmiş işsiz şəxslərə üstünlük
verilir.
Layihədə işaxtaran və işsiz şəxslərin sosial təminatlarına əlavələr
edilib, peşə hazırlığı dövründə işsiz şəxsə müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi minimum aylıq əməkhaqqı
məbləğində təqaüd veriləcəyi nəzərdə tutulub. O qeyd edib ki, bu
məbləğ hazırki məbləğdən (75 manat) 1.7 dəfə çoxdur.
Müzakirələrdən qanun layihəsi parlamentin plenar iclasına tövsiyə
olunub. (azvision)
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!