"Azercell" uşaq hüquqlarının qorunmasına dair aksiya keçirir - - FOTO/VİDEO
Bizi izləyin

Sosial

"Azercell" uşaq hüquqlarının qorunmasına dair aksiya keçirir - - FOTO/VİDEO

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş layihə Park Bulvar TM-nin tərəfdaşlığı ilə keçirilir.

1949-cu ildə keçirilmiş Qadınların Beynəlxalq Demokratik Federasiyasının Konqresi 1 iyun tarixini Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd etməyi qərara alır. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir. Azərbaycan rabitə bazarının lider mobil operatoru “Azercell Telekom” MMC bu il də ənənəsinə sadiq qalaraq Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş silsilə tədbirlər keçirir. Belə ki, Azercell Telekom-un təşəbbüsü və Park Bulvar TM-nin tərəfdaşlığı ilə Pantomima Teatrının aktyorları tərəfindən hazırlanan səhnəciklər ilk olaraq 26 may tarixində Park Bulvarda nümayiş olunub. Böyük marağa səbəb olan səhnəciklər cəmiyyətdə uşaqlara qarşı psixoloji və fiziki zorakılığa son qoyulması, onlara diqqət və qayğı göstərilməsinin önəmli olması mesajını ötürür. İzləyicilərə uşaq zorakılığına qarşı mübarizənin simvolu olan mavi lent və Azercell-in təşəbbüsü ilə yaradılan “Uşaq Qaynar Xətti” mobil tətbiqinin istifadə qaydaları haqqında broşuгlar paylanılıb. Şəhər əhalisi bu səhnəcikləri 1 iyun tarixi saat 19:00-20:00 arası və 2-3 iyun tarixləri saat 20:00–21:00 arası Park Bulvar TM-də, 2-3 iyun tarixləri saat 18:00-19:00 arası isə Fəvvarələr Meydanında izləyə biləcəklər.

“Azercell Telekom” MMC uşaq hüquqlarının qorunmasına, uşaqların sağlamlığı və təhsilinə yönəlik layihələrə öz Korporativ Sosial Məsuliyət siyasətində xüsusi önəm verir. Şirkət 2010-cü ildə yaranmasına yardım etdiyi və hər il dəstəklədiyi “Uşaq Qaynar Xətti” xidmətinin tərəfdaşı, kimsəsiz uşaqlara və xüsusi qayğıya ehtiyacı olan əhaliyə pulsuz tibbi xidmət göstərən “Mobil Diş” və “Mobil Göz” klinikalarının yaradıcısıdır. Eyni zamanda artıq dördüncü ildir ki, Azercell Uşaq Paralimpiya Komitəsinə dəstək verməkdə davam edir. Azercell-in uşaq hüquqlarının qorunması ilə bağlı yeni sosial istiqaməti isə onların İnternet şəbəkəsindən təhlükəsiz istifadəsi üçün imkanların genişləndirməsilə bağlıdır və bu sahədə Azercell həm texnoloji addımlar atmış, həm də müxtəlif maarifləndirici tədbirlərin həyata keçirilməsinə başlamışdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm