Küçələrdə keyfiyyətsiz gün eynəklərinin satışı QADAĞAN OLUNUR? - Yeni Qanun layihəsi
Bizi izləyin

Sosial

Küçələrdə keyfiyyətsiz gün eynəklərinin satışı QADAĞAN OLUNUR? - Yeni Qanun layihəsi

Küçələrdə heç bir nəzarət olmadan satılan keyfiyyətsiz gün eynəklərinin satışı məhdudlaşdırıla bilər.

Publika.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev məlumat verib.

O bildirib ki, yaxın günlərdə bununla bağlı qanun layihəsi komitədə müzakirə olunacaq.

M.Quliyev bildirib ki, qanun layihəsinə əsasən, həm gün eynəkləri, həm də optik eynəklər mütəxəssislərin iştirakı ilə xüsusi mağazalarda satılacaq: “Layihəyə əsasən, eynək satılan mağazalarda həkim mütəxəssislər olacaq və onlar eynəyi müəyyən edəcəklər. Həmçinin eynəyin alınması, ölkəyə gətirilməsi, saxlanması, standartlara uyğun olub olmamasının müəyyən edilməsi ilə mütəxəssislər məşğul olacaq”.

Deputat vurğulayıb ki, qanun layihəsi qəbul olunarsa, küçələrdə eynək satışına icazə verilməyəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm