İlin sonuna qədər alternativ su mənbələrinin yaradılması işi başa çatacaq
Bizi izləyin

Sosial

İlin sonuna qədər alternativ su mənbələrinin yaradılması işi başa çatacaq

"Ötən il ərzində Azərbaycanda ümumilikdə 103 min hektar suvarma su kanalları çəkilib".

Publika.az xəbər verir ki, bu sözləri Bakı Biznes Mərkəzində melorasiya və su təsərrüfatı işçilərinin peşə bayramı münasibəti ilə keçirilən "Heydər Əliyev və su təsərrüfatı" mövzusunda elmi-praktiki konfransda Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə söyləyib.

O qeyd edib ki, bu göstəricilər kifayət qədər böyük rəqəmdir və əvvəlki il üçün buna nail olmaq mümkün deyildi:

"Bu torpaqların da əksəriyyəti əkin üçün yararsız olub. Bu il də layihələrimiz davam edəcək. İl ərzində 100 min hektara yaxın torpaqlar su ilə təmin ediləcək".

Ə.Əhmədzadə bildirib ki, Goranboyda yaradılan Aqroparkdan Şəmkirçay su anbarı vasitəsilə 4700 hektara yaxın sahə su ilə təmin edilib. Bu da Şəmkirçay Su Anbarının böyük əhəmiyyətə malik olduğunu göstərir:

"Son dövrlərdə 127 min hektar yeni suvarılan sahələr kənd təsərrüfatı dövriyyəsinə cəlb edilib. Mövcud meliorasiya və irriqasiya obyektlərinin istismarı xeyli yaxşılaşıb, 4017 kilometr suvarma kanallarının, 2486 kilometr kollektor-drenaj şəbəkələrinin bərpası, yenidənqurulması və tikinti işləri gerçəkləşdirlib, 379 min hektar suvarılan torpaqların su təminatı və 256 min hektar sahədə meliorativ vəziyyəti yaxşılaşdırılıb. Sədr qeyd edib ki, həmçinin 1960 ədəd subartezian quyusu qazılıb, sel və daşqınlara qarşı dağ çaylarında 200 kilometrə yaxın sahilbərkitmə, Kür-Araz çaylarında isə 900 kilometr uzunluğunda bəndlərin möhkəmləndirilməsi və hündürləndirilməsi işləri aparılıb".

"Azərsu "ASC-nin sədri Qorxmaz Hüseynov isə bildirib ki, yay aylarında Azərbaycanın 5 rayonunda alternativ su mənbələrindən istifadə edilməsi planlaşdırılır. Onun sözlərinə görə, Lerik və Gədəbəydə alternativ su mənbələrinin yaradılması üzrə işlərin tamamlanmasına az qalıb:

"Şamaxıda hələ də alternativ mənbələrin yaradılması istiqamətində işlər davam etdirilir. Yay aylarına qədər işləri tamamlaya biləcəyik. 2018-ci ilin sonuna layihənin başa çatdırılması planlaşdırılıb. Tovuzda isə layihə başa çatmasa da, yay aylarında köhnə xətti istifadəyə verməklə su qıtlığının qarışısını almağa çalışacağıq".

Tədbirin sonunda Azərbaycan su təsərrüfatı və melorasiya işçiləri ölkə başçısına müraciət ünvanlayıblar.

Müraciət vasitəsilə ölkə preizidentinə bu sahəyə göstərdiyi dəstəyə görə təşəkkür edilib.

Müraciətdə deyilir ki, son illər Azərbaycanda aparılan işlər nəticəsində əhalinin su ilə təchizatı 47%-ə, Bakıda isə 82%-ə çatdırılıb. Bundan başqa, sənəddə bu günə kimi 280-dən çox subartrziyan quyusunun qazılıb istifadəyə verildiyi, hazırda su anbarlarında 14,5 mlrd. kubmetr ehtiyat suyun olduğu diqqətə çatdırılıb.

Könül

Oxumağa davam et
Reklam
Reklam

Gündəm