Zəlzələ Zaqatalaya nə qədər ziyan vurdu? - Tofiq Əhmədov AÇIQLADI
Bizi izləyin

Sosial

Zəlzələ Zaqatalaya nə qədər ziyan vurdu? - Tofiq Əhmədov AÇIQLADI

İyunun 5-də axşam saatlarında baş verən zəlzələ nəticəsində yaşayış məntəqələrində dağıntı meydana gəlməyib, yalnız 3 evdə uçqun olub.

Bu barədə Publika.az-a Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Tofiq Əhmədov gün ərzində yerlərdə aparılan araşdırmanın nəticəsi barədə məlumat verərkən deyib.

Onun sözlərinə görə, zəlzələ nəticəsində yalnız Çobankol, Üçüncü tala və Əliabad qəsəbəsində cəmi 3 evdə uçqun olub və bir ev qəzalı vəziyyətdədir.

“Qalan evlərdə isə yalnız çatlar yaranıb. Bu gün fövqəladə hallar naziri Kəmaləddin Heydərov kəndlərdə olub, evlərə baş çəkib. Onun tapşırığına əsasən Nazirliyin komissiyaları bir-bir yerlərdə olub baxış keçirəcəklər. Nəticədə evin qəzalı olması, təmir və ya bərpaya ehtiyac olması barədə məlumatlar toplanacaq.

Rayon ərazisindəki bağça binalarında dağıntılar yoxdur, Mosul, Muğanlı və Lahıc kəndlərində olan məktəblərdə suvaq qopması qeydə alınıb. Lakin bu tədirisin davam etdirilməsinə mane yaratmır. Xəstəxanalarımız yeni tikildiyindən zəlzələnin təsirindən ziyan dəyməyib”.

T.Əhmədov bildirib ki, qeydə alınan çat və uçqun halları zəlzələnin balı ilə müqayisədə çox da böyük deyil:

“6 bal gücündə zəlzələdən çatların olması normaldır. Uçqun qeydə alınan evlər isə ancaq köhnə evlərdir. Nazir Kəmaləddin Heydərov sakinlərə bütün lazımi köməkliyin göstəriləcəyini bildirdi”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm