Sosial
Heydər Əliyev Fondu Qardabani sakinlərinə təcili tibbi yardım avtomobili hədiyyə etdi
Gürcüstanın Qardabani rayonunda yaşayan azərbaycanlılara Heydər Əliyev Fondunun hədiyyəsi olan yüksək tibbi imkanlara malik təcili tibbi yardım avtomobili təqdim edilib.
Bu barədə Publika.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Hədiyyəni qonşu ölkədə rəsmi səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov təqdim edib.
Komitə sədri rayonda yaşayan soydaşlarımızın qayğıları ilə də maraqlanıb.
İctimaiyyət nümayəndələri göstərilən diqqət və qayğıya, hədiyyəyə görə Azərbaycan Prezidentinə, Heydər Əliyev Fondunun rəhbərliyinə minnətdarlıq ediblər.
Daha sonra Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Tbilisidə gürcü ziyalılarla görüşüb.
Görüşdə ölkələrimiz arasında əlaqələrin inkişaf perspektivləri xüsusi müzakirə mövzusu olub. Komitə sədri ölkələrimiz və xalqlarımız arasındakı möhkəm dostluq əlaqələrindən söz açıb, Azərbaycan dövlətinin, xüsusən də Prezident İlham Əliyevin Gürcüstan ilə əlaqələrə böyük önəm verdiyini qeyd edib. Bildirilib ki, əlaqələrimizin və əməkdaşlığımızın möhkəmlənməsi və inkişafı üçün geniş imkanlar mövcuddur. Görüşün məqsədi də gürcü ziyalılarla görüşüb, onların bu məsələlərdə fikirlərini öyrənmək olub.
Müzakirə zamanı gürcü politoloqların, jurnalist və alimlərin fikir və təklifləri dinlənilib. Görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov və digər şəxslər iştirak ediblər.
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ