Sosial
Sosial şəbəkələrdə DİNİ TƏXRİBAT - Komitə araşdırma aparır
Azərbaycanda son 2 ildə xarici ölkələrdəki dini
qruplaşmalara qoşulma faktı qeydə alınmayıb.
Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini
Səyavuş Heydərov deyib. Komitə rəsmisi bildirib ki, bəzi təxribatçı
qruplar sosial şəbəkələr vasitəsilə Azərbaycanda yad dini
ideologiyaları təbliğ etməyə çalışırlar.
"Onların sosial bazası yoxdur. Lakin maraqlı qüvvələr var ki,
yad dini ideologiyaları Azərbaycana idxal etmək üçün bir an belə
əməllərini dayandırmırlar. Bunun üçün müxtəlif imkanlardan istifadə
etməyə çalışırlar. Sosial şəbəkələr bu gün aktual məkandır. Biz də
sosial şəbəkələrdə bu istiqamətdə monitorinqlər keçiririk, onların
pozucu fəaliyyətlərini araşdırırıq. Bu kimi hallara qarşı lazımi
təbliğat işlərimizi aparmağa çalışırıq", - S.Heydərov deyib.
Komitə rəsmisi bildirib ki, ölkəmizdə dini duruma nəzarət aidiyyatı
dövlət qurumları ilə birlikdə davam etdirilir. Onun sözlərinə görə,
xüsusilə dini bayramlar, fəal dini tədbirlər zamanı monitorinqlər
daha sıx təşkil edilir.
S. Heydərov vurğulayıb ki, gənclərimiz dini biliklər alan zaman,
sosial şəbəkələrdən istifadə edərkən diqqətli olmalıdırlar:
"Mənbəyi, mənşəyi məlum olmayan məlumatlardan istifadə
etməməlidirlər. Yalnız Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin
icazə verdiyi kitablardan mənbə kimi istifadə edilməlidir. Sosial
şəbəkələrdə bu gün yanlış dini informasiyalar verirlər. Bunları
izləyir, milli mənəvi dəyərlərin təbliği üçün çalışırıq".
(azvision.az)
-
Hadisə08:07
Qızı ilə Kürdə batan atanın meyiti TAPILDI
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda AİLƏ FACİƏSİ: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər