Sosial
Bakıda ana 14 yaşlı qızını ərə verir: Uşaq 2 aylıq hamilədir - ŞOK - - VİDEO
Bakıda ana 14 yaşlı qızını ərə verir. Atası isə qızının toyunu dəvətnamə paylanılanda qohumlarından eşidib.
Belə bir hadisə ilə Lerik rayon sakini Mirtəmən Sadıqov
qarşılaşıb. Onun iddiasına görə, keçmiş həyat yoldaşı yetkinlik
yaşına çatmayan qızını ondan xəbərsiz ərə verir.
Mirtəmən Sadıqovun sözlərinə görə, ikinci həyat yoldaşı Əminə
Məmmədova ilə 14 il əvvəl ailə həyatı qurub. Bir il əvvəl isə onlar
boşanıblar. Bundan əvvəl başqa bir xanımla ailə həyatı quran
Mirtəmən Sadıqovun hər iki qadından ümumilikdə 1-i oğlan, 9-u qız
olmaqla 10 övladı var. Ata 14 yaşlı qızı Leylanın erkən yaşda ailə
qurmasının qarşısını almağa çalışır. O deyir ki, qızını 22 yaşlı
qohumlarına ərə verirlər.
Maraqlı məqam ondan ibarətdir ki, atanın iddiasına görə, qızı
həmin oğlandan 2 aylıq hamilədir.
Mirtəmən Sadıqov bu gün Xəzər rayon Polis İdarəsinə də müraciət
edib. Polis idarəsində həm ananın, həm də atanın izahatları alınıb.
Məsələ ilə bağlı qarşı tərəf isə mövqe bildirməkdən imtina
edib.
Hüququşunas Kamandar Hüseynov deyir ki, qanunvericiliyə əsasən,
ölkədə nikaha girmə yaşı 18 olaraq göstərilib. Bununla yanaşı,
qanunda nikaha girmə yaşı müəyyən hallar nəzərə alınmaqla 1 yaş
azaldıla da bilər. Cinayət Məcəlləsində isə göstərilir ki, nikah
yaşına çatmayan bir şəxsin nikaha cəlb edilməsi birbaşa cinayət
məsuliyyəti yaradır.
Xəzər rayon Polis İdarəsindən isə bildirilib ki, artıq 14 yaşlı
qızla evlənəcək şəxs saxlanılaraq istintaq cəlb edilib.
(xezerxeber)
-
Dünya10:44
Bu valideynlər bir uşağa görə 125 min manat alacaqlar
-
Region10:10
Rusiyadakı azərbaycanlılara PİS XƏBƏR - Bu sahələrdə işləmək qadağan edildi
-
Cənubi Qafqaz09:48
Rusiya bu həftə Paşinyanı devirəcək - Şok iddia
-
Hadisə09:21
Məktəb binasında yanğın
-
Sosial08:43
Azərbaycanın tanınmış professoru vəfat etdi - FOTO
-
Magazin208:36
Kristofer Nolan cəngavər olacaq, xanımı isə... - FOTO
-
Ekologiya07:17
Bu günə olan hava PROQNOZU - 20 dərəcə isti
-
Magazin206:16
Leonardo Di Kaprio ilə sevgilisi arasında NƏ BAŞ VERİR?