Sosial
Fuad Muradovun Gürcüstan səfəri Ermənistanı ayağa qaldırdı
Bu ilin iyun ayının 13-də Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun rəhbərlik etdiyi nümayəndə heyətinin Gürcüstana səfər etməsi və bu çərçivədə keçirilən çoxtərəfli görüşlər Ermənistan tərəfinin ciddi narahatlığına səbəb olub.
Bu barədə Modern.az-a Gürcüstanda yaşayan soydaşlarımız məlumat verib.
Verilən məlumata görə, Ermənistanın Gürcüstandakı səfiri iyunun 27-dən başlayaraq Marneulinin ermənilər olan kəndlərində Diaspor Komitəsinin keçirdiyi formatda görüşlər təşkil edir və guya problemlərlə maraqlanırlar.
Hətta Marneuli merinin funksiyasını icra edən Zaur Tabatadzeni də səfir öz kampaniyasına qatıb.
Ermənistan Azərbaycanın Diaspor rəhbərliyinin bölgəyə səfərindən sonra Marneuli barədə narahat olub. Görünən odur ki, onlar həm ermənilər, həm də gürcülərin yanında psixoloji üstünlük qazanmaq istəyirlər.
Ermənistanın Gürcüstandakı səfiri keçirdiyi görüşlərdə açıq şəkildə bildirib ki, Azərbaycanın region ilə bağlı daha ciddi planları var. O, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin səfəri ilə əlaqələndirib. Eyni zamanda ciddi narahatlıqların olduğunu da gizlətməyib.
Gürcüstandakı soydaşlarımız qeyd edirlər ki, bu günə qədər belə hallarla qarşılaşmayıblar.
Hiss olunur ki, Ermənistan Azərbaycan-Gürcüstan münasibətlərindən əndişədədir. Azərbaycanın inkişafı, ətraf və uzaq ölkələrlə əməkdaşlığı düşmən ölkə üçün kabusa çevrilib.
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı
-
Sosial17:00
Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi başlandı - Yeniləndi
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət
-
MDB15:56
Həbs olunan generalla bağlı şok iddia: Boşanması uydurma olub
-
İdman15:15
Həbsxanadan məktub yazdı: İki zabitin qarşısında soyunmalı oluram - FOTOLAR
-
Rəsmi xronika14:51
Azərbaycan Qırğızıstanla Anlaşma Memorandumu imzaladı
-
Hadisə14:06
Sabiq baş pediatr özünü güllələdi - TƏCİLİ