Sosial
Yeni nəsil şəxsiyyət vəsiqələri bu tarixdən veriləcək – PARLAMENT TƏSDİQLƏDİ
Azərbaycan vətəndaşlarının yeni nəsil şəxsiyyət vəsiqəsi ilə təmin edilməsi ilə əlaqədar bəzi qanunlarda dəyişikliklər təsdiqlənib.
Publika.az xəbər verir ki, bu barədə millət vəkili Əli Hüseynli məlumat verib. Millət vəkili bildirib ki, bu ilin sentyabr ayından əhaliyə yeni nəsil şəxsiyyət vəsiqələri veriləcək:
“Bu qanunun qüvvəyə minməsi tarixini bir neçə dəfə dəyişmişik. Bunun da səbəbləri bəlli idi. Biometik şəxsiyyət vəsiqələrinin verilməsi üçün müəyyən avadanlıqların alınmasına görə bu məsələ gecikirdi. Daxili İşlər Nazirliyindən əldə etdiyim məlumata görə, artıq bu avadanlıqlar ölkəyə gətirilib. Bakı və Naxçıvan daxil olmaqla 10 regionda bu avadanlıq quraşdırılıb. Bakı və Gəncədəki iki “ASAN” xidmət mərkəzi və sentyabr ayının 1-dən Azərbaycan vətəndaşları yeni nəsil şəxsiyyət vəsiqəsi ilə təmin ediləcək”.
Qanun layihəsi səsə qoyularaq qəbul edilib. Yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqi müddətləri ilə əlaqədar bəzi qanunlarda dəyişiklik edilib. Həmin qanunların bəzi müddəaları gələn ilin yanvarın 1-dən qüvvəyə minəcək.
Gülxar
-
Hadisə20:15
Oteldəki zəhərlənmə ilə bağlı YENİ ŞOK İDDİA
-
Art18:33
Azərbaycanda gənc yazıçı vəfat etdi
-
Nida Xəbər 18:30
Prezidentdən Fransaya XƏBƏRDARLIQ: "Kritik həddə çatsa, onda bizdən heç kim inciməsin”
-
Ekologiya18:08
Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
-
Region18:00
Köçəryan Paşinyanın impiçmenti ideyasını ələ saldı: O səsləri haradan alacaqlar?
-
Rəsmi xronika17:30
İlham Əliyev Laçında sakinlərlə görüşdü
-
Qarabağ 17:10
Vardanyanın Bakıda “yazdığı” məktub həbsxanadan necə çıxıb?
-
Qoroskop16:42
40 yaşından sonra həyatları dəyişəcək bürclər: Pul, ev, karyera...