Bakının böyük bir hissəsi susuz qaldı - (YENİLƏNDİ)
Bizi izləyin

Sosial

Bakının böyük bir hissəsi susuz qaldı - (YENİLƏNDİ)

“Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı Publika.az-a bildirib ki, paytaxt ərazilərinə suyun verilməsi gün ərzində tam şəkildə bərpa ediləcək: "Yavaş-yavaş xətlərdə yaranan problemlər aradan qaldırılıb. Gün ərzində 7-8-ci mikrorayon, Nəsimi rayonu ərazisində suyun verilməsi bərpa olunacaq. Regionlarda da vəziyyət artıq normaldır. Bölgələrin su ilə təchizatı təmin edilir".

***

Mingəçevirdə əsas düyün yarımstansiyasında baş vermiş açılma su təchizatına problemlər yaradıb

“Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı Publika.az-a bildirib ki, elektrik enerjisinin verilməsinin dayandırılması suyun Oğuz-Qəbələ, Ceyranbatan və Kürdən paytaxta çatdırılmasında problemlər yaradıb: “Hal-hazırda bu istiqamətdə bərpa işləri aparılır. Biz artıq Ceyranbatan su anbarından suyun verilməsini bərpa etmişik. Kür su təmizləyici stansiyasının fəaliyyət bərpa olunub, qismən gücü ilə işləyir. Boruların doldurulması ən azı 12-14 saat vaxt aparır. Buna görə də gün ərzində su təchizatında problemlər yaşanacaq. Yaxın saatlarda Oğuz-Qəbələ su kəmərində qoşulmanı planlaşdırırıq”.

Qurum rəsmisi bildirib ki, hazırda Bakının böyük hissəsində suyun təchizatı ilə bağlı problemlər var.

O qeyd edib ki, problemlər gün ərzində aradan qaldırılacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm