“Azərişıq”-dan elektrik enerjisinin verilməsi ilə bağlı AÇIQLAMA - (YENİLƏNDİ)
Bizi izləyin

Sosial

“Azərişıq”-dan elektrik enerjisinin verilməsi ilə bağlı AÇIQLAMA - (YENİLƏNDİ)

Bu dəqiqəyə olan məlumata görə ölkənin elektroenergetika strukturlarının gərgin əməyi sayəsində Respublika və paytaxt Bakının böyük hissəsi elektrik enerjisi ilə təchiz olunub.

“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev Publika.az-a bildirib ki, artıq Bakının 100 faizinə, regionların isə ümumilikdə 80 faizinə elektrik enerjisi verilib. Bakı Metropoliteni, xəstəxanalar, hərbi hissələr, su kanalizasiya və başqa dövlət əhəmiyyətli obyektlər tam şəkildə elektrik şəbəkəsinə qoşulub.

İstehsalçı “Azərenerji” ASC tərəfindən elektrik enerjisi ötürüldükcə, paylayıcı “Azərişıq” ASC abonentləri işıqla təmin edəcək. İstehlakçıların keyfiyyətli, fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təchiz edilməsi istiqamətində zəruri bütün addımlar atılır və ən qısa vaxtda 100 faiz problem aradan qaldırılacaq.

***

Hazırda Bakının 95 faizində işıqla bağlı problem yoxdur.

“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev Publika.az-a bildirib ki, elektrik enerjisinin verilişinin bərpası ilə hazırlıqlar davam edir: “Dövlət xəstəxanaları, Bakı Metropoliteni, hərbi hissələr, su-kanalizasiya idarələri və digər dövlət əhəmiyyətli bütün obyektlər elektriklə təmin olunub”.

Tanrıverdi Mustafayev qeyd edib ki, regionlarda qərb və şimal rayonları 100 faizi, digər ərazilərin isə 40-80 faizi enerji ilə təchiz olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm