60 nəfər insan alveri qurbanına yardım edildi
Bizi izləyin

Sosial

60 nəfər insan alveri qurbanına yardım edildi

Bu il İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi tərəfindən 60 nəfər insan alveri qurbanına müxtəlif növ yardımlar göstərilib.

Publika.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi cari ilin ilk yarımilində 76 nəfərə yardım göstərildiyini bildirib.

Onlardan 60 nəfəri Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi tərəfindən yönləndirilmiş insan alveri qurbanları olub. Qalan 16 nəfəri isə insan alverinin potensial qurbanları (insan alveri qurbanına çevrilmək riski ilə üzləşən insanlar) təşkil edib.

İnsan alveri qurbanlarının cəmiyyətə reinteqrasiyası, normal həyat tərzinə qaytarılması məqsədilə sosial reabilitasiya yönümlü tədbirlər həyata keçirilib. Həmin insanların, habelə insan alverinin potensial qurbanlarının bir çoxuna ehtiyacları nəzərə alınmaqla eyni vaxtda bir neçə növ yardımlar göstərilib. 36 nəfər hüquqi, 27 nəfər tibbi, 38 nəfər psixoloji yardımla təmin edilib, 12 nəfər Gəncə şəhərindəki “Təmas” Regional İnkişaf İB-nin sosial sığınacağına yerləşdirilib. 2 nəfərin məşğulluğuna, 8 nəfərin peşə hazırlığına cəlb olunmasına köməklik üçün Nazirlik yanında Dövlət Məşğulluq Xidməti ilə birgə işlər aparılıb. Bir nəfərin övladı uşaq bağçasına yerləşdirilib, bir nəfərin isə müalicəsi üçün zəruri dərman pereparatları alınıb.

“Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq, ölkənin müxtəlif bölgələrində “İnsan alverinə “Yox!” deyək”, Xilas olan insan alveri qurbanlarına psixoloji yardım” mövzularında maarifləndirmə tədbirləri keçirilib.

Könül

Oxumağa davam et
Reklam
Reklam

Gündəm