Oğuz-Qəbələ-Bakı su kəmərinin fəaliyyəti tam bərpa edildi - RƏSMİ
Bizi izləyin

Sosial

Oğuz-Qəbələ-Bakı su kəmərinin fəaliyyəti tam bərpa edildi - RƏSMİ

Oğuz-Qəbələ-Bakı kəmərinin fəaliyyəti tam bərpa edilib.

Bunu Publika.az-a “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı deyib. O bildirib ki, Mingəçevir İES-in yarımstansiyasında cərəyan transformatorunun sıradan çıxması nəticəsində ölkənin su təchizatında yaranmış problemlər mərhələli şəkildə aradan qaldırırılır: "Hazırda Oğuz-Qəbələ-Bakı kəmərinin fəaliyyəti tam bərpa edilib. Oğuz-Qəbələ-Bakı magistral kəməri ilə suyun paytaxta çatdırılmasına başlanılıb. Günün sonunadək anbarlara su vurularaq əhaliyə çatdırılacaq. Bu istiqamətdə tədbirlər davam etdirilir. Sabahdan etibarən Paytaxt ərazisində içməli su təminatında heç bir problem olmayacaq".

Xatırladaq ki, iyulun 2-dən 3-nə keçən gecə temperaturun yüksək həddə çatması nəticəsində əhalinin elektrik enerjisindən həddən artıq istifadə etməsi Mingəçevirdəki “Azərbaycan” İES-in yarımstansiyasında cərəyan transformatorunun sıradan çıxmasına səbəb olub. Hadisə nəticəsində Bakıda, eləcə də ölkənin bir çox bölgələrində elektrik enerjisinin verilişi dayanıb.

Könül

Oxumağa davam et
Reklam
Reklam

Gündəm