Azərsu: Elektrik enerjisinin verilməsi təmin edilən kimi suyun verilişi bərpa ediləcək
Bizi izləyin

Sosial

Azərsu: Elektrik enerjisinin verilməsi təmin edilən kimi suyun verilişi bərpa ediləcək

Elektrik enerjisi verilişində yenidən yaranmış fasilə səbəbindən suyun təchizatında problem yaranıb.

Publika.az xəbər verir ki, bunu özəl olaraq Trend-ə “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı deyib.

A.Cəbrayıllı əlavə edib ki, elektrik enerjisi təchizatı təmin edilən kimi suyun verilişinin bərpa edilməsi mümkün olacaq: "Hazırda “Azərsu” ASC-nin bütün əməkdaşları iş başındadır, elektrik enerjisinin verilişini gözləyirik. Elektrik enerjisinin verilməsinin dayandırılması suyun Oğuz-Qəbələ, Ceyranbatan və Kürdən paytaxta çatdırılmasında problemlər yaradıb".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm