Sosial
Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusu Zəhranın məzarını ziyarət etdi - - FOTO
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, nazirliyin bir qrup hərbi qulluqçusu Füzuli rayonunun Alxanlı kəndində olaraq, bir il öncə erməni təxribatının qurbanı olan yaş yarımlıq Zəhra və onun nənəsinin məzarını ziyarət ediblər
Publika.az xəbər verir ki, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani baş vermiş faciəni xatırladaraq bildirib ki, erməni daşnakları zaman-zaman xalqımıza qarşı təcavüz etmiş, günahsız insanları hətta qocaları, qadınları, körpələri qətlə yetirmişlər. Ötən əsrin əvvəllərində də belə olmuş, bugün də ermənilər öz məkrli niyyətlərindən əl çəkmirlər. Xocalıda və digər rayonlarda ermənilərin dinc əhaliyə, xüsusilə günahsız uşaqlara divan tutması, onların işgəncələrlə qətlə yetirilməsinə olan etirazlar bir çox beynəlxalq təşkilatlar tərəfindən cavabsız qaldığına görə düşmən yenə də bu iyrənc niyyətlərini davam etdirir.
Məsum Zəhranın ölümü bütün xalqımız kimi Azərbaycan Ordusunun şəxsi heyətinin də böyük hiddətinə səbəb olmuş və nənə ilə nəvənin intiqamı artıqlaması ilə düşməndən alınmışdır.
Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi Mənəvi-Psixoloij
Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi general-mayor
Rasim Əliyev Müdafiə Nazirliyi rəhbərliyi adından körpə şəhidlə
nənəsinin vəfatı ilə əlaqədar bir daha onların ailəsinə baş sağlığı
verərək səbir və dözüm arzulayıb. İdarə rəisi qeyd edib ki, Ali Baş
Komandan Cənab İlham Əliyevin rəhbərliyi altında ərazi bütövlüyümüz
tezliklə bərpa ediləcək, qaçqınlarımız, köçkünlərimiz minillik
dədə-baba torpaqlarına qayıdacaq və bütün şəhidlərimizin, eləcə də
məsum Zəhranın ruhu şad olacaq.
Hərbi qulluqçulardan polkovnik Elşad Əbilov, Alxanlı kənd icra
nümayəndəsi İlham İsrafilov və başqaları çıxış edərək tezliklə
şəhidlərimizin qisasının alınacağına dair əminliklərini
bildirdilər.
Salman baba nəvəsinə və ömür-gün yoldaşına göstərilən daimi ehtiram və qayğıya görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib.
-
Magazin116:11
Zülfiyyə Aşıq Tellini biabır etdi: “Restoranda yeyir, sonra da...”
-
Sağlamlıq15:41
Marketlərdə satılan bu yuyucu tozlar XƏRÇƏNG YARADIR
-
Nida Xəbər 15:11
Təsdiqləndi: Bu şəxslərin MAAŞI ARTIRILDI - MƏBLƏĞLƏR
-
Dünya14:08
Makronla Silvanın romantik pozaları gündəmi silkələdi - FOTO
-
Sosial13:47
Bu şəxslər pensiyaya 5 il erkən çıxacaq
-
Yaxın Şərq13:16
Mahmud Abbas ermənini nazir təyin etdi - FOTO
-
Sosial13:03
Sabah 25 dərəcə isti olacaq
-
Magazin112:31
Rəşad Dağlının oğluna görün nə hədiyyə etdilər - FOTO