Sosial
Qida Təhlükəsizliyi Agentliyi ilkin rəyi açıqladı
Hazırda Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ölkə üzrə mövcud olan 111 Baytarlıq-sanitariya ekspertiza laboratoriyalarının bazasında monitorinqlər, maddi-texniki bazanın yaxşılaşdırılması və ixtisaslı kadrların cəlb edilməsi işləri həyata keçirilir.
Agentlikdən Publika.az-a verilən məlumata görə, həmin laboratoriyaların 31-i Bakı şəhərində, digərləri respublikanın müxtəlif şəhər və rayonlarında yerləşir.
Aparılan ilkin monitorinqlər və təkmilləşdirmə işləri nəticəsində onlardan 39-nun fəaliyyəti hazırda qənaətbəxş hesab olunub və onların bazasında Qida təhlükəsizliyi nəzarəti məntəqələri yaradılıb. Həmin məntəqələrin bazasında qalan digər baytarlıq-sanitariya ekspertiza laboratoriyalarının da maddi-texniki bazasının yaxşılaşdırılması, avadanlıq və ləvazimatlarla təmin olunması, infrastruktur və digər zəruri tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Qeyd olunan təkmilləşdirmə işləri yekunlaşdıqdan sonra həmin məntəqələr də tam gücü ilə fəaliyyətə başlayacaq.
Məlumatda vurğulanır ki, heyvan mənşəli qida məhsullarının istehlakı qida zəncirinin yüksək risk dərəcəsinə malik olan sahəsidir. Bu məqsədlə əhalinin sağlam ət məhsulları ilə təmin olunması üçün heyvan kəsimi məntəqələrinin qida təhlükəsizliyi tələblərinə və gigiyenik normalara uyğun fəaliyyətinin təşkili vacib şərtlərdəndir.
Bununla əlaqədar olaraq Qida Təhlükəsizliyi Agentliyi müasir standartlara cavab verən qida təhlükəsizliyi nəzarəti məntəqələrinin formalaşdırılması istiqamətində işləri davam etdirir.
Qeyd edək ki, qida təhlükəsizliyi nəzarəti məntəqələrində kəsim üçün nəzərdə tutulan heyvanlara ilkin baxışdan başlayaraq bakterioloji müayinələrə qədər heyvanların kliniki baxışı, termometrik və orqanoleptik müayinəsi, habelə süd və süd məhsullarının, quşçuluq və arıçılıq məhsullarının müayinəsi aparılacaq.
-
Sağlamlıq07:37
Yaz aylarında infarkt riski artır - Hansı tədbirləri görmək lazımdır?
-
Ekopublika.az07:25
Azərbaycanda bəzi ərzaq məhsulları ucuzlaşdı - VİDEO
-
Nida Xəbər 02:19
Paris Bakı ilə münasibətlərin normallaşması üçün addım atmasa... - Hadisələr necə inkişaf edəcək?
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama