Azərbaycanlı zəvvarların Həcc ziyarətinin tarixi dəyişdirildi
Bizi izləyin

Sosial

Azərbaycanlı zəvvarların Həcc ziyarətinin tarixi dəyişdirildi

Bu il Həcc ziyarətinin tarixi və qrafiki dəyişdirilib.

Azərbaycanlı zəvvarlar bu il avqustun 11, 12, 13, 14 və 15-də yola düşəcəklər.

Zəvvarların geri dönüşü isə 1, 2, 3, 4 və 5 sentyabr tarixlərində baş tutacaq.

Xatırladaq ki, buna qədər azərbaycanlı zəvvarların Həccə səfəri avqustu 14, 15 və 16-da, geri qayıdış isə sentyabrın 1, 2 və 3-ə planlaşdırılmışdı.

Uçuşlar Azərbaycan Hava Yolları (AZAL) ilə həyata keçiriləcək.

Qeyd edək ki, bu il üçün Azərbaycandan Həcc ziyarətinin xərci 4150 dollardır. Azərbaycandan bu il 1170 zəvvarın səfər edəcəyi nəzərdə tutulub. Əvvəlki illərdən fərqli olaraq bu il iki növlü səfər xidməti yoxdur, yalnız bir növlüdür. Yaxın Şərqdə baş verən münaqişələr səbəbindən ziyarət yalnız təyyarə reysləri ilə təşkil olunur. Azərbaycanda Həcc ziyarətinin rəsmi təşkilatçısı Qafqaz Müsəlmanları İdarəsidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm