”Azərişiq”: “Elektrik enerjisi təchizatında 27 faiz həcmində məhdudiyyət tətbiq olunub”
Bizi izləyin

Sosial

”Azərişiq”: “Elektrik enerjisi təchizatında 27 faiz həcmində məhdudiyyət tətbiq olunub”

“Azərenerji” ASC-yə məxsus 500 kVt-luq Abşeron yüksək gərginlikli hava elektrik verilişi xətlərinin Ağsu rayonu Bico kəndi ərazisində yanğın baş verib və nəticədə Bakı şəhəri, Abşeron yarımadası və regionlarda elektrik enerjisi təchizatında 27% həcmində məhdudiyyət tətbiq olunub.

Publika.az xəbər verir ki, bu barədə “Azərişıq” ASC-nin yaydığı məlumatda deyilir.

”Azərişiq” ASC öz şəbəkələri vasitəsilə I kateqoriyalı obyektlərin–Bakı Metrosu,H.Əliyev adına Hava limanı, su-kanalizasiya, xəstəxanalar, dövlət əhəmiyyətli obyektlərin elektrik enerjisi təchizatında məhdudiyyətlər tətbiq etməyib, hazırda həmin obyektlər elektrik enerjisi ilə tam təmin olunurlar.

"Yaranmış narahatçılığa görə ”Azərişiq” ASC istehlakçılarından üzr istəyir", - deyə məlumatda vurğulanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm