Sosial
Elektrik enerjisi və qaz təchizatına nəzarət proseduru müəyyənləşdi
Energetika Nazirliyinin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyinə elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində nəzarətin həyata keçirilməsi səlahiyyəti verilib.
Publika.az APA-ya istinadən xəbər verir ki, bu, Azərbaycan prezidenti İlham Əliyevin 16 iyul 2018-ci il tarixli fərmanı ilə təsdiq edilən “Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində nəzarətin həyata keçirilməsi Qaydası”nda əksini tapıb.
Beləliklə, Enerji Məsələlərini Tənzimləmə Agentliyi elektrik və istilik enerjisinin istehsalçıları, ötürücüləri, paylayıcıları və istehlakçılarına (məişət abonentləri istisna olmaqla),qazın istehsalı, emalı, saxlanması, nəqli, paylanması, satılması, mayeləşdirilməsi, həmçinin qaz qurğularının quraşdırılması, boru kəmərlərinin tikintisi, istifadəsi, sınağı və sertifikatlaşdırılması fəaliyyətini həyata keçirənlərə və istehlakçılara nəzarət edəcək.
Bu sahələrdə nəzarətin məqsədi vətəndaş məmnunluğunun, istehlakçılara göstərilən xidmətlərin keyfiyyətinin və əlçatanlığının daha da artırılmasını, onların etibarlı, fasiləsiz, keyfiyyətli və təhlükəsiz elektrik və istilik enerjisi, habelə qaz ilə təchiz edilməsini, nəzarət edilən subyektlər tərəfindən müvafiq sahəni tənzimləyən normativ hüquqi aktların tələblərinə əməl olunmasını, qanun pozuntularının qarşısının alınmasını və yol verilmiş pozuntuların vaxtında aşkar edilərək aradan qaldırılmasını təmin etməkdir.
Enerjiyə qənaət və enerji resurslarından səmərəli istifadəyə dair tələblərə əməl olunmasına nəzarət həyata keçirilərkən Agentlik elektrik və istilik enerjisi təchizatı şəbəkələrində, habelə enerji verilməsində, qurğularda, avadanlıqlarda baş vermiş hadisələrin, yaxud istismar olunan avadanlığın sıradan çıxması hallarının qarşısının alınması üçün təşkilati-texniki tədbirlərin yerinə yetirilməsini araşdıracaq. Elektrik enerjisi və güc çatışmazlığı ilə əlaqədar elektrik enerji istehsalı və təchizatı müəssisələrinin tətbiq etdikləri məhdudiyyət və birbaşa açılma qrafiklərinin düzgün tərtib olunması və yerinə yetirilməsinə nəzarət də Agentliyə həvalə olunub.
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!