Sosial
Dövlət Miqrasiya Xidməti İŞÇİ AXTARIR
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Azərbaycan Respublikasının vətəndaşları üçün kiçik xüsusi rütbələr nəzərdə tutulan vəzifələrə və dövlət qulluğunun yardımçı vəzifələrinə işə qəbulla əlaqədar müsahibə elan edib.
Xidmətdən Publika.az-a verilən xəbərə görə,
Azərbaycan Respublikası vətəndaşları aşağıda qeyd olunan vakant
vəzifələrə işə qəbulla əlaqədar müsahibəyə dəvət olunur:
Şəki regional miqrasiya idarəsi-2 yer (baş mütəxəssis);
Şirvan regional miqrasiya idarəsi (İmişli “Asan xidmət” mərkəzi)-2
yer (baş mütəxəssis);
Ağsu regional miqrasiya idarəsi-2 yer (baş mütəxəssis);
Ağsu regional miqrasiya idarəsi-1 yer (kiçik
inspektor-mühafizəçi);
Yevlax regional miqrasiya idarəsi-2 yer (baş mütəxəssis);
Yevlax regional miqrasiya idarəsi-1 yer (kiçik
inspektor-mühafizəçi);
Yevlax regional miqrasiya idarəsi-1 yer (kiçik
inspektor-kargüzar).
11 vakant vəzifəni tutmaq məqsədilə keçiriləcək müsahibə zamanı
ümumi dünyagörüşünə, həmçinin özünü təqdimetmə, kollektivdə
işləmək, problem həlletmə, yaradıcılıq və təşəbbüskarlıq
xüsusiyyətlərinə, kompyuter və xarici dil biliklərinə malik olan
şəxslərə üstünlük verilir.
Şərtlərə uyğun gələn, müsahibədə iştirak etmək arzusu olan şəxslər
vakant olan yalnız bir vəzifəyə işə qəbul edilməsi üçün ərizə ilə
müraciət edərək aşağıdakı sənədləri təqdim etməlidirlər:
kadrlar uçotunun şəxsi vərəqəsi (baş mütəxəssis, kiçik
inspektor);
ərizə;
şəxsiyyət vəsiqəsinin surəti;
təhsil haqqında sənədin surəti;
hərbi biletin surəti (kişilər üçün);
əmək kitabçasının surəti (olduğu təqdirdə).
Müsahibədə iştirak etmək üçün sənədlər 2018-ci il iyul ayının
17-dən avqust ayının 17-dək hər gün (şənbə və bazar günlərindən
başqa) saat 09.00-dan 17.00-dək Dövlət Miqrasiya Xidmətinin
Aparatında (Ünvan: AZ1114, Bakı şəhəri, Binəqədi rayonu, 3123-cü
məhəllə, Binəqədi şossesi 202) və ya elektron qaydada
(migration.gov.az) qəbul olunur.
Əlaqə nömrəsi: (012) 562-53-01
-
Kriminal03:30
Sumqayıtda DƏHŞƏT: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK
-
Magazin118 Aprel 22:48
Məşhur xanəndə ONLARI QINADI: "Bu saat necə gəldi geyinirlər" - FOTO