Bakıda tuneli bağlayıb, şampan partladan gənclər tutuldu - - VİDEO
Bizi izləyin

Sosial

Bakıda tuneli bağlayıb, şampan partladan gənclər tutuldu - - VİDEO

Bir neçə gün əvvəl Bakının mərkəzi yollarından birindəki tuneldə toy karvanındakı avtomobillərdən düşən bir qrup gəncin hərəkəti saxlayaraq yolda şampan partlatması, rəqs edərək şadyanalıq etməsi ilə bağlı görüntülər yayılmışdı.

Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsində məsələ ilə bağlı aparılan araşdırmalar nəticəsində yol hərəkət qaydalarını kobud şəkildə pozan və digər hərəkət iştirakçılarına açıq hörmətsizlik göstərən gənclərin şəxsiyyəti müəyyənləşdirilib. Onlar saxlanılıb və barələrində inzibati-həbs qərarı çıxarılıb.

Araşdırmalar zamanı məlum olub ki, xuliqanlıq etmiş gənclər avtomobil və ehtiyat hissələrinin satışı ilə məşğul olan dostlardır.

Qeyd edək ki, bəzi saytlarda gənclərin məmur övladı olması haqda xəbər yayımlanmışdı. (lent.az0

Oxumağa davam et
Reklam
Reklam

Gündəm