Sosial
Bakıda iki universitetin yataqxanası fərqli model üzrə tikiləcək
Bakıda iki universitetin yataqxana kompleksi "Tik-idarə et-təhvil ver" modeli əsasında inşa olunacaq.
Publika.az Trend-ə istinadən bildirir ki, bu barədə "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"nin icra vəziyyəti üzrə hesabatda deyilir.
Qeyd olunur ki, tədbirin icrası məqsədilə dövlət-özəl sektor tərəfdaşlığı ilə bağlı bir sıra ölkələrin təcrübəsi öyrənilərək təhlil edilib, eləcə də bu sahədə ölkəmizdə mövcud vəziyyət və sözügedən sahəni tənzimləyən milli qanunvericilik sistemi araşdırılıb. Araşdırmaların nəticəsi olaraq, ölkədə dövlət-özəl sektor tərəfdaşlığının inkişafı ilə bağlı konsepsiya layihəsi hazırlanıb. "Tik-idarə et-təhvil ver" modeli ("TİT" modeli) əsasında layihələrin həyata keçirilməsi ilə əlaqədar müvafiq işlər görülüb, bu sahədə müxtəlif ölkələrin təcrübəsi öyrənilərək təhlil edilib.
"TİT" modeli çərçivəsində həyata keçirilməsi mümkün ola biləcək layihə müəyyən edilib, müvafiq texniki iqtisadi əsaslandırmanın və digər aidiyyəti sənədlərin hazırlanması üçün zəruri işlərin görülməsinə başlanılıb.
Həmçinin ADNSU və BDU-nun tələbələri üçün yataqxana komplekslərinin tikintisinin "TİT" modeli çərçivəsində həyata keçirilməsi pilot layihələr olaraq müəyyənləşdirilib.
-
Magazin112:01
Cavanşir Məmmədova gələn müəmmalı zəng: son sözü bu olub
-
Sosial11:28
Sabah 31 dərəcə isti olacaq
-
Magazin111:01
Aktyor xalq artistinə belə cavab verdi: "Bu, onun başı üçün deyil"
-
Magazin110:31
Faiq Brillianta gözlənilməz sözlər dedi: "Allah bircə balasını..." - VİDEO
-
MDB10:21
FTX 5 ildir izləyirmiş: Generalın həbsinin detalları
-
Dünya09:48
İlber Ortaylıdan üzücü xəbər
-
Nida Xəbər 09:06
Köçəryan sərhədin müəyyənləşməsi haqda: Ola bilsin ki, mübahisəli ərazilərdən...
-
İdman08:24
Polis kluba BASQIN ETDİ: iki futbolçu zorlama ittihamı ilə saxlanıldı