Günnütün qədim xalçaları tapıldı
Bizi izləyin

Sosial

Günnütün qədim xalçaları tapıldı

“Azərxalça” işğaldan azad olunmuş Günnüt kəndinin qədim xalçalarını aşkara çıxarıb.

Publika.az xəbər verir ki, Naxçıvan Dövlət Xalça Muzeyində “Azərxalça”nın hədiyyə etdiyi Günnüt xalçalarının təqdimatı olub.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova çıxış edərək deyib ki, bu gün keçirilən tədbir Azərbaycan xalqı öz tarixi köklərinə və mədəniyyətinə sahib çıxan xalq olduğunu sübut edir.

Naxçıvan Dövlət Xalça Muzeyinə hədiyyə edilən Günnüt xalçaları bu kənddə yaradılmış mədəni irsimizin bir parçası olmaqla yanaşı, həm dətariximizi yaşadan eksponatlardır.

AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev bildirib ki, Naxçıvanda xalça sənətinin tarixi olduqca qədimdir. Bu sənət ibtidai formada olsa da, Neolit və Erkən Eneolit dövrlərində formalaşıb.

“Nəsildən-nəslə ötürülərək günümüzəqədər gəlib çatan xalçaçılıq sənətinin unudulmaması, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamı ilə dövlət proqramının qəbul olunması muxtar respublikada bu sənətə göstərilən dövlət qayğısının nümunəsidir.

“Azərxalça” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri, professor Vidadi Muradov çıxış edərək beş minillik şəhər mədəniyyətinə malik olan ulu Naxçıvan Azərbaycanın, bütövlükdə, Qafqazın və dünyanın sivilizasiya marafonuna zəngin tarixi töhfələr verdiyini bildirib:

“Naxçıvan qədim mədəniyyət mərkəzi olmaqla yanaşı, müasir dövrdə həm də öz inkişafı ilə seçilən bir diyara çevrilib. Ulu öndər Heydər Əliyevin yolunu uğurla davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyevin böyük diqqət və qayğısı ilə muxtar respublikada nəhəng quruculuq işləri həyata keçirilib, bütün sahələrdə mühüm nailiyyətlər əldə edilib. Bu il muxtar respublikada əldə olunan, bütün Azərbaycan xalqını sevindirən mühüm nailiyyətlərdən biri də Əlahiddə Ümumqoşun Ordusunun Günnüt kəndini işğaldan azad etməsidir. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın tarixi torpaqlarına böyük qayıdışın başlanğıcı aprel döyüşləri zamanı işğaldan azad edilən Cocuq Mərcanlı, davamı Günnütdür. Şübhəsiz ki, yaxın gələcəkdə şanlı Azərbaycan ordusu düşmən tapdağındakı digər torpaqlarımızı da işğaldan azad edəcək, qüdrətli dövlətimiz Günnütü də Cocuq Mərcanlı kimi ölkəmizin abad kəndlərindən birinə çevriləcək”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm