Publika.az-ın əməkdaşı birinci oldu - FOTOLAR
Bizi izləyin

Sosial

Publika.az-ın əməkdaşı birinci oldu - FOTOLAR

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Azərbaycan milli mətbuatının 143-cü ildönümü münasibətilə təşkil etdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Publika.az xəbər verir ki, tədbirdə Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, Mətbuat Şurasının sədri Əflatun Amaşov, millət vəkilləri, KİV rəhbərləri və digər qonaqlar iştirak ediblər.

Tədbirdə çıxış edən KİVDF-nin icraçı direktoru Vüqar Səfərli bildirib ki, müsabiqədə 66 kütləvi informasiya vasitəsi iştirak edib və müsabiqəyə 162 yazı daxil olub:

"Yazılar ekspertlər tərəfindən qiymətləndirilib və hər istiqamətdə 6 yazı qalib elan olunub. Birinci yer üzrə 1, ikinci yer üzrə 2, 3-cü yer üzrə isə 3 yer müəyyən edilib. Ümumilikdə 19 istiqamət üzrə 114 yazı qalib elan olunub".

Qeyd edək ki, müsabiqədə I yeri Publika.az xəbər portalının əməkdaşı Asif Nərimanlı tutub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm