Bakının bu ərazilərində işıqlar söndü - YENİLƏNDİ
Bizi izləyin

Sosial

Bakının bu ərazilərində işıqlar söndü - YENİLƏNDİ

Bu gün axşam saatlarında Bakının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Publika.az bildirir ki, bu barədə Trend-ə açıqlamasında "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

Onun sözlərinə görə, hadisə "Azərişıq" ASC-dən asılı olmayan səbəbdən baş verib: "Nəticədə Bakının 5 rayonunun - Xətai, Nizami, Sabunçu, Xəzər və Suraxanı rayonlarının bir hissəsinə elektrik enerjisinin verilişi dayanıb. Əməkdaşlarımız dərhal problemin aradan qaldırılmasına başlayıb".

T.Mustafayev qeyd edib ki, artıq Nizami və Xətai rayonları ərazisinə elektrik enerjisinin verilişi "Azərişığ"ın daxili şəbəkələri hesabına bərpa olunub: "Əməkdaşlarımız digər rayonlara da elektrik enerjisinin verilişini bərpa edir. Yaxın saatlarda həmin rayon ərazilərində də elektrik enerjisi bərpa olunacaq".

***

Şəhərin Nizami və Xətai rayonlarının bəzi ərazilərində işıqlar sönüb.

"Azərişıq"ın mətbuat xidmətindən Musavat.com-a məlumat veriblər ki, buna səbəb Mərdəkandakı DRES -də baş verən nasazlıqdır.

Rəsmilər bildirir ki, ən qısa zamanda problem həllini tapacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm