Almaniyada boş butulkalar üçün KAMPANİYA BAŞLADI
Bizi izləyin

Sosial

Almaniyada boş butulkalar üçün KAMPANİYA BAŞLADI

Almaniyada pivə istehsalçıları ölkə sakinlərinə konteynerin çatışmazlığına görə boş butulkaları təhvil verməyi xahiş ediblər.

Publika.az xəbər verir ki, bu haqda “Deutsche Welle” nəşri bildirib.

Yüksək temperatura görə tələbatın görünməmiş dərəcədə artması pivə istehsalçılarını çətin vəziyyətə salıb. Boş butulkaların qaytarılması xahişiylə ilk olaraq “Moritz Fiege” pivə zavodu çıxış edib. Daha iki şirkət “Veltins” və “Konig-Pilsener” sonradan belə addım atıb. Hər bir istehsalçının şəxsi unikal dizaynla qablaşdırmaya malik olması vəziyyəti daha da ağırlaşdırır.

Nəşrin məlumatına görə, Almaniyada havanın temperaturu bir neçə həftədir ki, 30 dərəcədən aşağı düşmür. Belə havanın avqustun əvvəlinə kimi davam edəcəyi proqnozlaşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm