“Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi” təsdiq edildi
Bizi izləyin

Sosial

“Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi” təsdiq edildi

Nazirlər Kabineti "Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi"ni təsdiq edib.

Publika.az Trend-ə istinadən xəbər verir ki, sənəd ömürboyu təhsilin tanınması məqsədi ilə hazırlanıb. Buraya ümumi təhsil, ilk peşə-ixtisas təhsili, orta ixtisas təhsili (subbakalavr təhsili), ali təhsil, əlavə təhsil üzrə kvalifikasiyalar daxil edilib.

Milli Kvalifikasiyalar Çərçivəsi (MKÇ) əmək bazarı və vətəndaş cəmiyyəti ilə münasibətdə milli kvalifikasiya alt sistemlərinin bir-biri ilə əlaqələndirilməsi və inteqrasiyası, eləcə də kvalifikasiyaların şəffaflığı, əldə olunması imkanı, ardıcıllığı və keyfiyyətinin inkişaf etdirilməsi məqsədini daşıyan və əldə olunan təlimin konkret səviyyələri üzrə müəyyən edilən meyarlar əsasında kvalifikasiyaların təsnifat vasitəsidir.

Sənədə əsasən, ömürboyu təhsil üzrə əsas kompetensiyalar (səriştələr) hər bir şəxsə fərdi inkişaf, cəmiyyətə inteqrasiya olunma və məşğulluq üçün zəruri olan bilik, bacarıq, dəyər, yanaşma, fikir və xarakterik cəhət kimi xüsusiyyətləri özündə birləşdirən, dəyişə bilən çoxfunksiyalı sistemi əks etdirir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm