11 min tənha ahıl və əlilə evlərində xidmət göstərilir
Bizi izləyin

Sosial

11 min tənha ahıl və əlilə evlərində xidmət göstərilir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun rayon (şəhər) şöbələrinin sosial işçiləri tərəfindən hazırda 10,8 min tənha ahıl və əlilliyi olan şəxs evlərində sosial xidmətlə təmin edilir.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, həmin şəxslərdən 8,5 min nəfəri ahıllar, yəni yaşı 70-dən yuxarı olanlar, qalanları isə əlilliyi olan şəxslərdir. Evlərində sosial xidmət göstərilən insanlardan 8,8 mini qadın, digərləri kişidir.

Sosial işçilər həftədə ən azı iki dəfə tənha ahıl və əlil şəxslərin evlərinə gedərək, ev təsərrüfatında təmizlik işləri aparır, zəruri ərzaq, sənaye və məişət mallarının alınmasında, yemək hazırlanmasında, zəruri hallarda tibbi yardım alınmasında və s. işlərdə köməklik göstərirlər.

Bir nəfər sosial işçi kənd yerlərində 8 nəfərə, şəhər və qəsəbələrdə, rayon mərkəzlərində isə 12 nəfərə sosial xidmət göstərir.

Qanunvericiliyə əsasən, əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri ilə eyni yaşayış məntəqəsində yaşamayan, özünəqulluq qabiliyyəti olmayan və sosial xidmətə ehtiyac duyan tənha ahıllar və əlilliyi olan şəxslər (yoluxucu və ya ağır formalı ruhi xəstəlikləri olmadıqları halda) evlərində sosial xidmətlə təmin edilirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm