“ASAN xidmət”ə 23 milyon müraciət qeydə alındı
Bizi izləyin

Sosial

“ASAN xidmət”ə 23 milyon müraciət qeydə alındı

Bu gün “ASAN xidmət”ə 23 milyonuncu, o cümlədən Səyyar ASAN xidmətə 1 500 000-ci vətəndaş müraciəti qeydə alınıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a verilən məlumata görə, müraciətin sahibi Gədəbəy rayon sakini Hüseyn Qarayev olub. O, Gədəbəy rayonunda Səyyar ASAN xidmətə müraciət edərək Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi xidmətindən yararlanıb.

23 milyonuncu müraciətin sahibi kimi Hüseyn Qarayev təşəkkürnamə və simvolik hədiyyələrlə mükafatlandırılıb.

Hazırda 13 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxt Bakı şəhərində olmaqla digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba və Mingəçevirdədir. Bundan başqa regionlarda 10 Səyyar ASAN xidmət avtobusu və Səyyar ASAN qatar vasitəsi ilə vətəndaşlara səyyar formada xidmətlər göstərilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm