Orta aylıq pensiya 5.2 faiz artıb
Bizi izləyin

Sosial

Orta aylıq pensiya 5.2 faiz artıb

Bu ilin əvvəlinə nisbətən ölkəmizdə əmək pensiyalarının orta aylıq məbləği 5,2 faiz artıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Publika.az-a verilən məlumata görə, iyulun 1-nə olan məlumata görə, Azərbaycanda pensiyaçıların sayı 1 milyon 311 min 739 nəfər təşkil edir. 2018-ci ilin əvvəlinə nisbətən ölkəmizdə əmək pensiyalarının orta aylıq məbləği cari ilin əvvəlinə nisbətən 5,2 faiz artaraq 1 iyul tarixinə 219,15 manata, o cümlədən yaşa görə əmək pensiyalarının orta aylıq məbləği 246,36 manata çatıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 09 fevral 2018-ci il tarixli Sərəncamına əsasən cari ilin əvəlindən respublikamızda əmək pensiyalarının ümumi məbləği 2017-ci ildə ölkədə orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun şəkildə indeksləşdirilərək artırılıb. Sərəncama əsasən, sığortaolunanlar üzrə ödənilən və onların fərdi uçot sistemindəki fərdi hesablarının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı məbləğlərinin də indeksləşdirilərək artırılması təmin edilib.

Dövlət başçısının 2018-ci il 25 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”na uyğun olaraq, hərbi qulluqçular və xüsusi rütbəli şəxs kateqoriyasından olan pensiyaçıların əmək pensiyalarına qulluq stajına görə əlavələr yenidən hesablanmaqla, onların pensiyalarında da artımlar edilib.

İyulun 1-nə olan məlumata görə Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 milyon 311 min 739 nəfər təşkil edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna daxilolmalarda mütəmadi artım tempi bu ildə də hər bir ay üzrə pensiyaların qrafik əsasında vaxtlı-vaxtında maliyyələşdirilməsinə imkan verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm