Sosial
Üzərində belə bir qeyd olan kolbasaları ƏSLA ALMAYIN, ÇÜNKİ... - Rəsmi XƏBƏRDARLIQ
Ət məhsulları və onların istifadəsi qida zəncirinin yüksək risk dərəcəsinə malik olan sahəsidir. İstehlakçı üzərində etiketi olmayan, istehsal və son istifadə tarixi qeyd edilməyən, yaxud son istifadə müddəti bitmiş, keyfiyyətinə şübhə etdiyi, hermetik qablaşması yaxud süni qoruyucu qabığı zədələnmiş (cırılmış) , kif əlamətləri, qaxsıma, turşuma, kolbasaya xas olmayan rəng və dad müşahidə etdiyi kolbasa məmulatlarını almamalıdır.
Publika.az xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən kolbasa alınarkən diqqət edilməli olan məqamlarla bağlı xəbərdarlıqda bildirilib.
Agentliyin məlumatında vurğulanır ki, kolbasa məmulatını əl ilə yoxladıqda nə çox bərk, nə də çox yumşaq olmalıdır.
“Kolbasanı bıçaqla kəsdikdə qiyməsinin rəngi kolbasa üçün xarakterik olmalıdır. Kolbasa məmulatının (sellefondan hazırlanan qabıq istisna olmaqla) qabığı quru və bərk olmalı, ətə yaxşı yapışmalı, qabığın üzərində kif əlamətləri olmamalıdır. Çiy hisə verilmiş kolbasanın səthi quru, təmiz, ləkəsiz və zədəsiz olmalıdır. Kolbasa qiyməsi bütün hissəsi boyunca həmcins olmalı, içərisində ağ ləkələr olmamalı, ovulmamalıdır. Piyin rəngi ağ və ya ağımtıl-çəhrayı olmalıdır. Qiymənin içərisində boş və hava ilə dolu yerlər olmamalıdır. Kolbasa soyuducuda saxlanılarkən digər qida məhsulları ilə eyni paketdə və ya qabda saxlanmamalıdır”.
Agentliyin məlumatında o da vurğulanır ki, məhsulun üzərində orjinal etiketi və tərkib hissəsi mütləq şəkildə qeyd edilməlidir.
“Bəzən marketlər öz loqolarını və ya qiymət etiketini
yapışdıraraq məhsulun üzərindəki istehlakçının bilməli olduğu vacib
hissələri məqsədyönlü şəkildə bağlayır. Bu zaman məlumatı oxumaq
üçün etiketin açılmasını tələb etmək lazımdır. Bəzi kolbasaların
tərkibini oxuyarkən onlarda müəyyən qida əlavələrinin olduğunu
görürük. Bunlardan biri də E-120 – Karmin maddəsidir. Bu maddə rəng
yaratmaq üçün istifadə olunur.
Kolbasanın tərkibində olan digər bir qida əlavəsi isə E-621 –
qlütamat maddəsidir. Bu maddə dadlandırıcıdır, eyni zamanda
insanlarda məhsula qarşı asılılıq yaradır.
E-250 qida əlavəsi isə natrium-nitrit konservant olub, boya
maddələri immun sisteminə pis təsir edir, bağırsağın təbii
mikroflorasını pozur, insan orqanizminə kanserogen təsir
göstərir.
Sağlamlıq insan həyatı üçün ən böyük sərvətdir. Sağlamlığın əsası
isə düzgün qidalanmadan asılıdır. Qidalanmamıza, yediyimiz,
içdiyimiz məhsullara, onların tərkibinə diqqət yetirməli və
tərkibində bizə tanış olmayan maddələrin olduğu məhsullardan uzaq
durmalıyıq”.
-
Sosial13:03
Sabah 25 dərəcə isti olacaq
-
Magazin112:31
Rəşad Dağlının oğluna görün nə hədiyyə etdilər - FOTO
-
İdman12:01
Corcina Ronaldodan geri qalmır: Görün nə oyun çıxardı - VİDEO
-
Nida Xəbər 11:31
Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia
-
MDB11:15
Putin bu ölkələrlə birlikdə yeni müharibəyə başlayacaq - Hədəf onlardır
-
Dünya10:44
Bu valideynlər bir uşağa görə 125 min manat alacaqlar
-
Region10:10
Rusiyadakı azərbaycanlılara PİS XƏBƏR - Bu sahələrdə işləmək qadağan edildi
-
Cənubi Qafqaz09:48
Rusiya bu həftə Paşinyanı devirəcək - Şok iddia