"31 il tamam olduqdan sonra kondisionerli qatarlar istifadəyə veriləcək" - RƏSMİ AÇIQLAMA
Bizi izləyin

Sosial

"31 il tamam olduqdan sonra kondisionerli qatarlar istifadəyə veriləcək" - RƏSMİ AÇIQLAMA

"Hazırda istifadə edilən qatarlarda kondisioner təchizatının quraşdırılması üçün uyğun sistem yoxdur"

Publika.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib. O bildirib ki, yeni vaqonların alınması üçün hazırki vaqonların istismar müddəti bitməlidir:

“Vaqonların ortalama istismar müddəti 31 ildir. İstismar müddətindən əvvəl hər hansı bir səbəbdən qatarlarda problemin yaranması istisna olmaqla, yalnız 31 illik istifadə müddəti bitdikdən sonra biz köhnə qatarları yeniləri ilə əvəz edəcəyik. Yeni qatarların kondisioner sistemi mövcuddur. Ehtiyac yarandığı təqdirdə yeni qatarlar da alına bilər. Burada da əsas məqsəd sərnişinlərin rahatlığını və təhlükəsizliyini təmin etməkdən ibarətdir. Qarşıda bizim müxtəlif layihələrimiz var və yeni stansiyalar istismara verilə bilər. Belə olan halda isə tələbata uyğun olaraq yeni qatarların alınmasına ehtiyac yaranacaq”.

Könül

Oxumağa davam et
Reklam
Reklam

Gündəm