Mübariz Qurbanlı Bişkekə dəvət olundu
Bizi izləyin

Sosial

Mübariz Qurbanlı Bişkekə dəvət olundu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bu gün Qırğızıstanın Azərbaycandakı müvəqqəti işlər vəkili Bakıt Yusupovla görüşüb.

Publika.az xəbər verir ki, görüşdə əməkdaşlıq imkanları müzakirə edilib.

Dövlət Komitəsinin sədri iki ölkə arasında münasibətlərin tarixi köklərə və ortaq dəyərlərə əsaslandığını bildirib. Mübariz Qurbanlı Azərbaycanda mövcud olan dövlət-din münasibətlərindən, multikultural mühitdən, digər dinlərin nümayəndələrinə qarşı tolerant münasibətdən, milli-mənəvi dəyərlərimizə göstərilən diqqət və qayğıdan, eləcə də mədəniyyətlərarası dialoqun daha da inkişaf etdirilməsi məqsədi ilə görülən işlərdən ətraflı söz açıb.

Söhbət zamanı günümüzdə dindən sui-istifadə hallarının artdığını deyən Dövlət Komitəsinin sədri radikal ünsürlərə qarşı birgə mübarizə və təcrübə mübadiləsinin zəruriliyini nəzərə çatdırıb.

Bakıt Yusupov Azərbaycanın nümunəvi dünyəvilik modelinin bir çox ölkələr üçün örnək olduğunu bildirib.

Səmimi qəbula görə təşəkkürünü bildirən qonaq Dövlət Komitəsinin rəhbərliyini 15-16 noyabr tarixlərində Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçiriləcək “Müasir və dünyəvi ölkədə İslam“ adlı beynəlxalq konfransa dəvət edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm