Tanınmış vəkil öldürülən Orxan Camal haqda: “Bunu öz öhdənizə buraxıram…”
Bizi izləyin

Sosial

Tanınmış vəkil öldürülən Orxan Camal haqda: “Bunu öz öhdənizə buraxıram…”

Orxan Camalın nənəsi də, anası da, həyat yoldaşı da rus idi. Atası kimi Moskvada doğulmuş və bütün ömrünü Rusiyada yaşamışdı. Bununla belə, əsl azərbaycanlı və müsəlman idi.

Teleqraf.com xəbər verir ki, bunu Vəkillər Kollegiyasının üzvü, iqtisadçı ekspert Əkrəm Həsənov bildirib.

O qeyd edib ki, Orxan da atası Heydər Camal kimi Azərbaycanı hər zaman təmənnasız, özünü reklam etmədən və ölkəmizdəki hər hansı siyasi qüvvəyə bağlı olmadan müdafiə eləyir, Ermənistana qarşı kəskin çıxışlar edirdi:

“Bunu bəzi soydaşlarımızın başqa ölkəyə gedən kimi sülhpərvər çağırışları, “kompromis” yanaşmaları ilə müqayisə etməyi öz öhdənizə buraxıram. Orxan da atası kimi məzhəbçiliyə varmadan müsəlmanların dayağı idi. Rusiyanın ictimai və elmi həyatında fəal iştirak edirdi, elitar ziyalı, jurnalist idi. Mövqeyini həmişə açıq, heç kəsdən çəkinmədən, kiməsə xoş gəlmək niyyəti olmadan söyləyirdi.

Atasından sonra Rusiyada onun kimi ikinci soydaşımız yox idi. Nümunə idi. Müsəlman kimi, azərbaycanlı kimi, kişi kimi yaşadı və öldü”.

Ə.Həsənov onu da bildirib ki, O.Camal Mərkəzi Afrika Respublikasına rusiyalı muzdlular haqda jurnalist tədqiqatı aparmaq üçün getmişdi:

“Onunla birlikdə iki rusiyalı həmkarı da güllələnib. Yalnız yerli sakin olan sürücünü öldürməyiblər. Yəni, şərhə ehtiyac yoxdur, hər şey göz qabağındadır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm