Əkin sahələrini yandırmaq məhsuldarlığı aşağı salır - Millət vəkili
Bizi izləyin

Sosial

Əkin sahələrini yandırmaq məhsuldarlığı aşağı salır - Millət vəkili

"Biçindən sonra əkin sahələrinin yandırılması iki məsələyə görə qadağan edilir. Birinci səbəb yanğından sonra torpağın humus qatının məhv olmasıdır, çünki nəticədə növbəti ilə məhsuldarlıq azalır. İkinci səbəb yanğının yaxınlıqdakı meşə sahələrinə keçməsi təhlükəsidir".

Bu sözləri Publika.az-a açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib.

Millət vəkili sahələrin bu cür yandırılması heç bir aqrotexniki qaydaya uyğun gəlmir:

"Əkin sahələrində məhsul toplandıqdan sonra qalıqların yandırılnası ölkəmizdə yayılmış ənənədir. Əkin sahələrindəki yanğınlar zamanı torpağın münbit qatı məhv olur. Torpağın münbit qatı yandıqda gələcəkdə məhsul vermir. Yay ayında yüksək gərginlikli elektrik xətlərinin keçdiyi ərazilərdə, meşə təsərrüfatlarına yaxın ərazilərdə baş verən yanğınlar təhlükəni bir az da artırır. Ümumiyyətlə, torpaqların bu cür yandırılması aqro-texniki qaydalara uyğun deyil. Sovet dövründə taxıl daşıyan maşınlarındakı səsboğuculardan çıxan qığılcımların yanğına səbəb olmaması üçün onun qarşısına əlavə setkalar vurulurdu. Yəni taxıl sahələri yanğından yüksək səviyyədə qorunmalıdır, nəinki biçindən sonra o vurub yandırılmalıdır".

Millət vəkili bu ilin yaz ssesiyasında qanunvericilikdə bu istiqamətdə edilən dəyişikliyə də toxunub:

"Bu il "Torpaq haqqında Məcəllə" və İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə əsasən taxıl sahələrinin biçindən sonra yandırılması qəti surətdə qadağan edilib. İnzibati Xətalar Məcəlləsində fiziki şəxslərə 500 manat, hüquqi şəxslərə isə 1000-1500 manat cərimələr nəzərdə tutulub. Bununla yanaşı əhalinin maarifləndirilməsinə də ehtiyac var. Fermerlər bilməlidir ki, torpaq şumlananda samanın özü çürüyür və o torpağa əlavə bir qida verir".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm